Otit-simptomları, səbəbləri, müalicəsi və profilaktikası

Otit qulağın iltihabı ilə müşayət edilən burun-boğaz xəstəliyidir.

Otitin simptomları

Qulaqda ağrı, tıxanma, qulaqda səs, eşitmə qabiliyyətinin pisləşməsi, yüksək hərarət, intoksikasiya, baş ağrısı, qulaqdan çirkli axıntı.

Otitin səbəbləri

Yuxarı tənəffüs orqanlarının müalicə olunmamış infeksiyaları (angina, faringiy, laringit, traxeit, qaymorit), qulağa maye düşməsi və yığılması, müxtəlif iti alətlərlə yaranan infeksiya (məsələn, qulağı özbaşına təmizləmək), su ilə müntəzəm təmas (məsələn, üzgüçülük), allergiya.

Otitin müalicəsi

Bir çox hallarda damargenişləndirici dərmanlar buruna damızdırılır (bəli, məhz buruna). Bunun səbəbi isə selikli qişanın axıntısını azaltmaqdır. Bunun üçün isə naftizin, nazol kimi preparatlardan istifadə edilir. Qulaq dəliyinə isə antiseptik maye damcılatmaq lazımdır. Əvvəllər bu məqsəd üçün bor turşusu istifadə edilirdi. Bu gün də bu üsuldan istifadə edilsə də, Yer kürəsinin böyük əksəriyyətində daha müasir və daha aktiv preparatlardan istifadə edilir. Bəzən qulaqda güclü ağrılar zamanı anesteziya yaradan damcılardan istifadə edilir. Bəzən isə iltihab əleyhinə hormonlardan da istifadə mümkündür.

Otitin müalicəsində əsas payı antibakterial preparatlar tutur (antibiotiklər, sulfanilamidlər vəs.).

Otitin ilk əlamətlərində və ya ilk simptomlarında, otitdən şübhə yarananda dərhal otolarinqoloq həkimlə məsləhətləşmək lazımdır. Əgər bu mümkün deyilsə, təkbaşına damar genişləndirici damcıları buruna damcılatmaq mümkündür. Məsələn naftizindən istifadə edə bilərsiniz. Qulağa isə otinum damcılatmaq olar. Bu preparat iltihab əleyhinə təsirindən başqa, qulaqcıqlara da müsbət təsir edir. Qulağın istidə olması arzuolunandır ( quru və isti pambıq, polietlilen lent, şal və papaq). Bununla belə, isti qrelka qətiyyən qoymaq olmaz. Bu tədbirlər sizə həkimə gedənə qədər vaxt itirməməyə imkan verir.

Həkim seçmək, məsləhətləşmək və qəbuluna yazılmaq üçün sizə www.doctortap.az saytı kömək edər.

Sağlam Olun!!!

 

 

 

 

BİZƏ ZƏNG EDİN