Yumurtalıqların polikistozu

Yumurtalıqların polikistozu neyroendokrin pozulma fonunda yumurtalıqların funksiyasında yaranan problemlərlə xarakterizə edilən simptomlar kompleksidir.

Yumurtalıqlarda follikulogenez prosesi pozulur və bu isə anovulyasiya ilə nəticələnir. Androgenlərin (kişi cinsiyyət hormonları) artıq olması isə qirsutizmin (artıq tüklənmə) və piylənmənin inkişafı ilə nəticələnir.

Polikistoz termini yumurtalıqlarda çoxsaylı kiçik kistlərin olması ilə izah olunur. Bu kistlərin olması səbəbindən yumurtalıqların ölçüsü böyüyür.

Yumurtalıqların polikistoz sindromunun dəqiq yaranma səbəbi hələ təyin edilməyib.  Yumurtalıq polikistozuna meylli faktorlar aşağıdakılardır:

-Travmalar, stress və uşaq yaşda infeksiya xəstəlikləri;

-İrsi daşıyıcılıq;

-Hipertonik və ya şəkərli diabet xəstələri olan qohumlar;

-Xroniki infeksiyon xəstəliklər;

-Hipofizin, hipotalamusun, qalxanvari vəzin patologiyası;

-Çətin doğuş;

-Çoxsaylı abortlar;

Piylənmə.

Yumurtalıqların polikistozunun simptomları:

-Menstrual dövrün pozulması. Uzunmüddətli gecikmələrlə qeyri-müntəzəm menstruasiya, az və çox aybaşı;

-Sonsuzluq;

-Piylənmə;

-Yağlı dəri;

-Kobud (kişi) səsi;

-Qarın aşağısında ağrılar;

-Hiperinsulinemiya;

-Yumurtalıqların böyüməsi;

-Endomteriya hiperplaziyası. Artıq estrogen və progesteron çatışmazlığı

Diaqnostika

Kiçik çanaq orqanlarının Ultrasəs müayinəsi.

Hormonal muayinəsi. FSH, LH, Testosteron, Prolaktin, Progesteron səviyyəsi müəyyən edilir.

Qanın biokimyəvi analizi.

Müalicəsi

Yumurtalıqların polikistozunun müalicəsi aşağıdakı üsullarla başlayır:

-Pəhrizin təyin edilməsi və çəkinin normallaşdırılması;

-Menstrual tsiklin normallaşdırılması;

-Ovulyasiya prosesinin bərpa edilməsi və növbəti mərhələdə hamiləlik;

-Kosmetik problemlərin həlli

Konservativ müalicədən nəticə əldə edilməyəndə cərrahi müdaxiləyə üz tutulur. Bu və ya digər simptomlar müxtəlif xəstəliklərin əlaməti ola bilər. Özbaşına müalicə olunmağa çalışmayın, həkimlə məsləhətləşin. Həkim seçmək, qəbuluna yazılmaq və məsləhətləşmək üçün sizə www.doctortap.az saytı kömək edər.

Sağlam Olun!!!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN