Bronxial astma

Bronxial astma bronxların xroniki xəstəliyidir. Bu xəstəlik selikli qişanın spazması və şişməsi ilə müşayət olunur. Yunan dilindən tərcümədə “asthma” asfiksiya (tənəffüs çatışmazlığı),  çətin nəfəsalma kimi tərcümə edilir. Həqiqətən də bu xəstəlik daim təkrarlanan tənəffüs çatışmazlığı ilə xarakterizə edilir.

Bronxial astmanın yaranma səbəbləri hələ də elmə tam məlum deyil. Amma çox güman ki, insan orqanizminin müxtəlif səviyyələrində kompleks problemlərdir. Amma elmə məlumdur ki, bronxial astma tutmaları müxtəlif səbəblərdən yarana bilər. Məsələn, heyvanlar, bitkilər, atmosfer çirkliliyi, soyuqdəymə xəstəlikləri, dərman preparatlarının qəbulu kimi.

Dünyada ümumi olaraq bronxial astma xəstələrinin sayı 150 milyon nəfərdir.

Kəskinləşməyə səbəb olan faktorlardan asılı olaraq bronxial astmanın müxtəlif kliniki formaları var: allergik, qida, aspirin, infeksiya, steroid asılılıq və fiziki səy astması.

Bronxial astmanın simptomları:

-Təngnəfəslik;

-Quru öskürək;

-Xırıltı;

-Sinə darlığı və hava çatışmazlığı.

Bu simptomların müxtəlif birləşmələri ola bilər. Təngnəfəslik xəstənin vəziyyətini yüngülləşdirən şüşəyəbənzər bəlğəm çıxması ilə sonlana bilər.

Xəstəliyin inkişafına uyğun olaraq orqanizmdə bu pozuntular yaranır:

-Ümumi zəiflik;

-Dərinin siyanozu;

-Çətin nəfəsalma;

-Təngnəfəslik;

-Quru öskürək;

-Sürətli ürəkdöyünməsi;

-Baş gicəllənməsi və baş ağrısı;

-Müxtəlif xəstəliklərə asanlıqla yoluxma.

 

Bronxial astmanın müalicəsi

Bronxial astma xroniki xəstəlikdir və bu gün bu xəstəliyi tam müalicə etmək mümkün deyil. Amma düzgün təyin edilmiş müalicə və müxtəlif müalicə üsulları ilə uyğunlaşdırmaqla uzunmüddətli remissiya əldə etmək olar. Bununla da pasiyentin həyat tərzini yaxşılaşdırmaq mümkündür.

Medikamentoz müalicə iki qrup dərmanların köməyi ilə həyata keçirilir:

1.Simptomatik. Bu preparatlar bronxların keçiriliciyini bərpa edir və bronx spazmasını aradan qaldırır. Bu dərmanları ehtiyac yarananda, aradabir qəbul etmək lazımdır.

2.Baza. Bu qrupa aid preparatlar bronxlardakı iltihab prosesinin azaldılması üçün nəzərdə tutulub və uzun müddət, müntəzəm qəbul etməni nəzərdə tutur.

Tibbi preparatlara əlavə olaraq medikamentoz olmayan müalicə üsullarından da istifadə etmək mümkündür:

-Nəfəsalma məşqi;

-Reflesk terapiyası;

-Fiziki məşqlər.

Astmadan əziyyət çəkən istənilən adam əsas müalicə üsulları və astma tutmalarının profilaktikasını bilməli, düzgün nəfəsalma üsullarını bilməli, hipoallergik pəhrizə riayət etməlidir.

Astmanın profilaktikası:

-Gündəlik olaraq iki və daha çox saat təmiz havada gəzməl;

-Allergenlərlə əlaqədən imtina etmək;

-Orqanizmi möhkəmləndirmək;

-Siqaret çəkməkdən imtina etmək;

Hipoallergen kosmetika, məişətə aid kimyəvi məhsullar, yataq dəsti və qida məhsullarından istifadə etmək;

-Fiziki aktivlik;

-Müalicəvi idmanla məşğul olmaq.

Bronxial astma tutmaları zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:

-Həftədə iki dəfə və daha çox evi nəm əski ilə silmək;

-Hər həftə yataq mələfəsini yüksək tempraturda yumaq;

-Sintetik materialdan olan yataq dəstlərindən istifadə etmək;

-İnteryerdə xalça, bitki, yumşaq mebeldən imtina etmək.

Əgər siz bronxial astmadan şübhələnirsinizsə, mütləq mütəxəssislərə müraciət edin. Düzgün həkim seçmək, məsləhətləşmək və həkim qəbuluna yazılmaq üçün sizə  www.doctortap.az saytı kömək edər.

Sağlam Olun!!!

 

BİZƏ ZƏNG EDİN