Çiyələyin faydaları

Orta hesabla insan il ərzində kilo yarım çiyələk qəbul edir. Amma təəssüf ki, miqdar bu qədər az olur, çünki çiyələk insan orqanizmi üçün çox faydalıdır.

Ekspertlər qeyd edirlər ki, çiyələk həqiqətən də çox faydalıdır. Bu giləmeyvədən istifadə etmək ürək-damar sistemi xəstəlikləri riskini azalda bilər.

Çiyələyin ekstraktı orqanizmdə müəyyən zülalların ifrazına təsir edir. Bu zülallar isə öz növbəsində orqanizmdəki yağ mübadiləsini nizamlayır, qan plazmasındakı mənfi xolesterinin miqdarını aşağı salır. Digər tərəfdən, çiyələyin tərkibində kifayət qədər bol C vitamini var. C vitamini isə yaxşı antioksidant sayılır və damarlara müsbət təsir edir.

Çiyələyi eyni zamanda aterosklerozun profilaktikasına yardım edən vasitə də adlandırmaq olar. Çünki çiyələyin tərkibində olan bəzi maddələr xolesterin fraqmentləri və triqlisiridlərin damar divarlarına yapışmasının qarşısını alır. Aterosklerozun profilaktikası ilə ürək-damar xəstəlikləri riskini aşağı salmaq, infarkt və insult riskini də azaltmaq mümkündür.

Bundan əlavə, çiyələt yaş demensiyasından da qorumaq gücünə sahibdir.

Bəzi təcrübələrin nəticəsi göstərir ki, gün ərzində müntəzəm olaraq bir stəkan giləmeyvə, eyni zamanda çiyələk qəbul etmək Altsheymer xəstəliyi, Parkinson xəstəliyi və baş beyinin yaşla əlaqədar ortaya çıxan digər neyrodegenerativ xəstəliklərinin qarşısını almaq və riski 30-40 faiz azaltmaq mümkündür.

Çiyələk eyni zamanda şəkərli diabetin profilaktikasında da faydalıdır. Çünki bu giləmeyvənin tərkibində olan fizitin maddəsi şəkərin proteinlə birləşməsinin qarşısını alır, qlikasiya prosesini (şəkərli diabet zamanı toxumaların zədələnməsi) dayandırır. Bununla yanaşı, çiyələyin tərkibində karbohidratlar olsa da, diabetdən əziyyət çəkən insanlar çiyələk yeyə bilər.

Ekspertlərin fikrinə görə, çiyələyin orqanizmdə profilaktikaya səbəb olduğu proseslər əsasən insulinorezistentliyin yaranması ilə bağlıdır və bu, şəkərli diabetin ilk addımıdır.

Ümumi olaraq dietoloqların qənaətinə əsasən, təbii ərzaqlar-giləmeyvə, meyvə və tərəvəzlərin tərkibində çoxlu miqdarda antioksidantlar var. Onların bir çoxu hüceyrələrin bölünməsinə, eyni zamanda şiş hüceyrələrinin bölünməsinə təsir edir. Çiyələyin tərkibində olan maddə isə onkoloji xəstəliklərin profilaktikasına kömək edir.

Sağlam Olun!!!

 

www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN