Diş implantı

Diş implantı çənəyə implantasiya edilmiş metal ştiftdir və diş protezi bu ştiftə bərkidilir. Bu bərkidilmə üsulu konstruksiyanın qonşu dişlərlə bərkidilməsi kimi adi üsula nəzərən kifayət qədər etibarlıdır. Bundan əlavə,  bu üsul sayəsində yaxınlıqda yerləşən dişlərin yonulmasının da qarşısını alır. Diş implantlarını eyni zamanda sümükdaxili də adlandırırlar. Çünki implant çənə sümüyünə implantasiya edilir.

İmplantasiya bu hallarda edilir:

-Bir və ya bir neçə diş düşəndə;

-Bir neçə dişin olmaması;

-Cərgədə kənar dişlər yoxdursa;

-Bütün dişlər yoxdursa (tam adentiya).

Bəzi insanlar üçün diş implantı itirilmiş dişləri kifayət qədər rahat üsulla bərpa etməkdir. Bəziləri üçün isə bu, yeganə imkandır. Adətən ağız seliki xəstəliyi, protez taxarkən ürəkbulanması kimi narahatlığı olan insanlar üçün adi diş protezləri və diş körpüləri uyğun gəlmir.

Diş implantı quraşdırmadan əvvəl ağız boşluğunu “qaydaya salmaq” lazımdır. Dişləri müalicə etmək, damaq qanamasından qurtulmaq vacibdir. Bundan əlavə isə müntəzəm olaraq stomatoloqa görünmək, ağız boşluğu gigiyena qaydalarına riayət etmək lazımdır.

Diş implantları bir qayda olaraq ən azı 10-20 il qalır. Bu müddət pasientin ağız boşluğuna qulluğundan sağlamlıq vəziyyətindən, implantasiyanın keyfiyyətindən və implantın yerləşdirildiyi yerdən asılıdır. Belə ki, ön dişləri əvəz edən implantlar arxa dişləri əvəz edən dişlərə nisbətən daha az çeynəmə funksiyası yerinə yetirir və daha  uzun müddət “xidmət göstərir”.

Diş implantıın özülü titandan hazırlanır. Niyə məhz titan? Birincisi, bu metal çox yüksək antikorroziya xüsusiyyətinə malikdir. İkincisi, titan bizim orqanizmimizlə bioloji uyğunluğu olan materialdır. Üçüncüsü, titan xarakteristikasına görə sümük toxumasına daha yaxındır.

Dişin xarici hissəsi bir sıra materiallardan hazırlanır. Amma onların hamısı implantı bərkitmək üçün uyğundur. Məsələn, keramika və farfor çox incə materiallardır, metalın təsiri ilə parçlana bilər. Ən uğurlu varian metallokeramikadır.

Bir qayda olaraq, diş implantı implantasiya edildikdən sonra 3-6 ay keçir və sadəcə bu müddətdən sonra titan özülə qapaqlar taxılır. Sümük və implant yarım il ərzində bitişir.

Müasir stomatologiyanın nəaliyyətlərinə əsasən, diş implantlarının tam bitişmə faizi 95-97 faiz təşkil edir. Bununla yanaşı, bəzi hallarda implantların bitişməməsi də baş verir. Bunun səbəbləri aşağıdakılardır:

-Pasientin sistem xəstəliyi (AİDS, QİÇS, şəkərli diabet, hipertoniya);

-Aşağı keyfiyyətli implantların quraşdırılması;

-İmplantasiyadan sonra həkimin məsləhətlərinə əməl etməmək (implantı həddən artıq yükləmək, ağız boşluğunun pis gigiyenası, siqaret çəkmək);

-Həkim səhvi;

Müsbət və mənfi tərəfləri:

-Dişi təbii formada bərpa etmək-implant üzərində olan protezi əsl dişdən ayırd etmək olmur. Əgər gülüş zonasında diş bərpa etmək tələb olunursa, implant ən yaxşı seçimdir.

-Qonşu dişlərin təsirinə və deformasiyasına uğramır.

-Çənə sümüyünün çeynəmə gərginliyi ortadan qalxmır, nəticə olaraq da atrofiya olmur.

-Damaqların estetik görünüşü qorunub saxlanır. Protez dişlər isə damağın iltihabı və xəstəliyinə səbəb olur.

-İmplantı zədələməkdən qorxmadan sərt qida da qəbul etmək olar.

-Dişin qalma müddəti 15-20 ildir.

-Diş implantlarına qulluq etmək bütün ağız boşluğuna qulluq etməklə eynidir. Əlavə heç bir tələb yoxdur.

Diş implantlarında fərdi əks-təsirlərin olması və prosedurun qiymətinin baha olması mənfi cəhət sayılır. Bu barədə bir az ətraflı məlumat verək.

İmplantın qiymətinə müxtəlif faktorlar təsir edir. Onlar arasında implantın hazırlandığı maddənin keyfiyyəti var.

İmplantların qalma müddəti 15 ildən çoxdur. Bununla da protez dişlərlə müqayisədə daha sərfəli və rahatdır. Bu səbəbdən implant qiyməti özü özünü doğruldur.

Müasir implantologiya üsulları sizə itirilmiş dişlərini bərpa etməyə kömək edəcək!

Sağlam olun!!!

www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN