Altsheymer xəstəliyi

Bu xəstəlik əsasən yaddaşın itirilməsi və demensiyanın geniş yayılmış formasıdır. Adətən 65 yaşdan yuxarı insanlara Altsheymer xəstəliyi diaqnozu qoyulur. Amma daha erkən yaşlarda da üzə çıxa bilər. Bir çox hallarda xəstəlik qısamüddətli yaddaş itkisi ilə başlayır. Yəni insan bu yaxınlarda əldə etdiyi informasiyanı asanlıqla unudur, eyni zamanda uzaq keçmişə aid fakt və məlumatları xatırlayır. Sonra izə uzunmüddətli yaddaş pozulur və bir sıra simptomlar üzə çıxır. Xəstəliyin yaranmasını erkən yaşlarda gen mutasiyası ilə əlaqələndirmək üçün bir səbəb var. Eyni zamanda genetika üzrə alimlərin fikrinə əsasən, yaxın qohumları Altsheymer xəstəliyindən əziyyət çəkən şəxslər risk qrupuna daxildir.

Xəstəlik zamanı orqanizmdə bir sıra patoloji proseslər gedir. Məsələn, beyin toxumalarında beta-amiloid və tau-zülal formalaşır. Bundan əlavə, neyronlar və sinaptik əlaqələr itir. Bu isə beyinin bəzi hissələrinin atrofiyasına səbəb olur. Qısacası, bir çox sinir hüceyrəsi məhv olur, maddələr çatışmazlığı yaranır. Bu maddələr isə sinir impulslarının ötürülməsi üçün vacibdir. Xəstəlik zaman keçdikcə inkişaf edir.

Çox təəssüf ki, son zamanlar Altsheymer xəstəliyinin “cavanlaşması” prosesi gedir. Artıq 45-65 yaş arası insanlarda da bu xəstəlik müşahidə edilir. Qohumları bu xəstəlikdən əziyyət çəkən insanlarla yanaşı, intellektual əmək və intellektual aktivliklə əlaqəsi olmayanlar, şəkərli diabet, artıq çəki, xroniki hipoksiya, başın əsas damarlarının aterosklerozu xəstəliyindən əziyyət çəkənlər də risk qrupuna daxildir.

Xəstəliyin birinci simptomları

İlk simptomlar son diaqnozun qoyulmasından bir neçə il əvvəl üzə çıxır. Xəstəliyin bu mərhələsi pre-demensiya adlanır. Xəstəliyin başlamasını nə göstərir? İlk əvvəl qısamüddətli yaddaş itkisi və yeni məlumatı əldə etməklə çətinlik çəkməkdən söhbət gedir. Fikrini toplamaqda çətinlik çəkmək, gündəlik işləri yenidən planlamaq, abstrakt və məntiqi fikirdə problemlərin yaranması, bəzi sözlərin mənasını unutmaq da həyəcan siqnalı sayıla bilər. Pre-demensiya mərhələsində apatiya yarana bilər və növbəti mərhələdə bu, xəstəliklə müşayət olunur.

Pre-demensiyadan sonra Altsheymerin növbəti mərhələsi, yəni ilkin demensiya mərhələsi başlayır. Yaddaş itkisi artır, aqnoziya, yəni müxtəlif növ qavrayışın pozulması (taktil, göz və eşitmə) başlayır. Bununla yanaşı, şüurun həssaslığı olduğu kimi qalır. Tez-tez danışıq, qavrama, icra və hərəkət funksiyalarında pozuntular müşahidə edilir.

Sonra mülayim demensiya mərhələsi başlayır. Bu dövrdə yuxarıda sadalanan simptomlar daha da artır, hərəkət koordinasiyası daha çox pozulur, yazma və oxuma bacarıqları itir. Pasiyent elementar məişət funksiyalarını yerinə yetirə bilər (geyinmək, gigiyenik prosedurları həyata keçirmək) amma zamanla bu işdə də onun yardıma ehtiyacı yaranır. Uzunmüddətli yaddaş itkisi başlayır, davranış pozuntuları yaranır və bu adətən axşamlar daha da kəskinləşir. Göz yaşı, qıcıqlanma, aqressiya və hətta avaralanmağa meyllilik də yarana bilər. Qohumlar və doğmalar bu zaman stress keçirir. Bu səbəbdən Altsheymerdən əziyyət çəkən xəstələri xüsusi müəssisədə müalicə etmək bir çox hallarda problemin həlli yolu sayılır.

Xəstəliyin son mərhələsi ağır demensiya adlanır. Bu mərhələdə pasient tam olaraq kənar yardıma ehtiyac duyur, onun danışığı anlaşılmaz kəlmələrdən ibarət olur, söz ehtiyatı minimuma düşür. Adətən apatiya xəstəni tərk etmir, onun əzələ kütləsi zəifləyir, bütün vacib hərəkətləri kənar yardım olmadan həyata keçirə bilmir. Bu sıraya qida qəbulu da daxildir. Bir çox hallarda hərəkətsizlik pnevmoniyaya səbəb olur. Bu osə sonradan ölümlə nəticələnir.

Altsheymer sindromunun səbəbləri

Günümüzdə Altsheymer xəstəliyinin yaranmasına aid üç hipotiz var. Onlardan hər biri də məntiqə uyğundur. Aşağıda bu hipotizləri sıralayırıq:

-Xolinergik hipotizə əsasən, bioloji aktiv maddələrin, yəni neyromediator atsetilxolinin sintezinin azalması bu xəstəliyə səbəb olur. Sözügedən maddə sinir-əzələ ötürülməsini həyata keçirir.

-Amiloid hipotizinə əsasən, beta-amiloid peptidlərin orqanizmə yığılması Altsheymer xəstəliyinə səbəb olur.

-Tau-hipotezə əsasən tau-zülalın strukturunda yaranan sapmalarla əlaqəli bir sıra pozuntular yaranır və bu da xəstəliyin yaranmasına səbəb olur.

Təcrübələr göstərib ki, irsi daşıyıcılıq da xəstəliyə yoluxma riskini artırır amma Altsheymerin əsas səbəbi sayılmır.

Rusiya Elmlər Akademiyasının Biologiya İnstitutunun alimləri Moskva Dövlət Universiteti və London Kral Kollecinin tədqiqatçıları ilə müştərək təcrübə apararaq müəyyən ediblər ki, peptid-müdafiəçilərin peptid-qatilə çevrilmə prosesi sink ionları ilə mümkündür. Bu isə düşünməyə imkan verir ki, beta-amiloid peptidlərin aqreqasiyasını dayandıran dərman istehsal etmək mümkündür.

Bundan əlavə, Altsheymer xəstəliyinə müsbət təsir edən bir sıra üsullar var. Bu üsulların köməyi ilə simptomları yüngülləşdirmək, xəstəliyin inkişafının qarşısını almaq olar. Müalicənin effektivliyi zamanında həyata keçirilən diaqnostikadan asılıdır. Xəstəlik nə qədər tez müəyyən edilsə, görülən tədbirlər o qədər effektiv olur.

Dəstəkləyən terapiya

-Medikamentoz terapiya patoloji prosesin əlaqələrinə təsir etməyə imkan verir. Bu səbəbdən Altsheymer xəstələrinə plastır formasında preparatlar təyin edilir, bu dərmanları dəriyə yapışdırmaq lazımdır. Preparatlar yaddaşı və nitqi yaxşılaşdırır, reaksiyaları sürətləndirir.

Beyin qan dövranını yaxşılaşdırmaq və neyronları qorumaq üçün serebrolizin və aktovegin təyin edilir. Gərginliyi aradan qaldırmaq və yuxusuzluqla mübarizə üçün tioridazin təyin edilir. Psixi-emosional gərginliyi aradan qaldırmaq üçün xəstələrə qlitsin təyin edilir.

Psixi-sosial terapiya medikamentoz müalicəni tamamlayır. Bu terapiya Altsheymer xəstəliyinin ilkin mərhələsində pasientə bu xəstəliyə alışmağa kömək edir. Xatirələrlə işləmək, söhbət, intellektual tapşırıqlar beyinin fəaliyyətini stimullaşdırır və pasientin psixi-emosional vəziyyətinə müsbət təsir edir. Bunu həm fərdi, həm də qrup şəklində həyata keçirmək mümkündür.

Beləcə, Altsheymer xəstəliyinin universal dərmanı yoxdur. Amma xəstənin vəziyyətini yaxşılaşdırmaq və normallaşdırmaq mümkündür. Bunun üçün isə vaxtında diaqnoz qoymaq və uyğun müalicə kursu seçmək lazımdır.

Altsheymerin ilkin simptomları zamanı dərhal həkimə müraciət etmək və həyat tərzini tamamilə dəyişmək lazımdır. Hərəkət aktivliyinin və intellektual aktivliyin, söhbətin olmaması, vitamin çatışmazlığı, pis vərdişlər (spirtli içki və tütün məmulatları) xəstəliyi sürətləndirə bilər və onun inkişafına təkan verə bilər.

Sağlam Olun!!!

WWW.DOCTORTAP.AZ

 

 

BİZƏ ZƏNG EDİN