Qarın köpü. Meteorizmin səbəb və növləri

Yeməkdən sonra yəqin ki, bir çox insan köplə rastlaşır. Tibb elmində bunun adı meteorizmdir.   

Köpün yaranma səbəbi pis həzm olunmuş qidanın mədədən bağırsağa keçməsidir. Çünki bağırsaqda böyük miqdarda qazın yaranması ilə nəticələnir.

Beləcə, qarın yaranan qazlar, maye və fekal kütlə səbəbindən şişir (köp yaranır) . Yeməkdən sonra qarın köpü, onun səbəbi və müalicəsi, bu məqalədə bu məsələlərdən bəhs ediləcək.

Orta yaşlı insanların bağırsağından hər gün 700 ml qaz çıxır. Qalan qaz isə bağırsaq divarından keçir. Qaz bağırsaqda əsasən atmosferdəki havanın udulması, mikroorqanizmlərin yaranması, qan damarlarından sızma nəticəsində yaranır.

Sağlam orqanizmdə qaz bağırsaqdakı plazmada olan stabil təzyiq hesabına sanlıqla qan və bağırsaq arasında dövr edir. Qazın bir hissəsi qan tərəfindən sovrulur və ağ ciyər vasitəsilə ifraz edilir.

Qida qəbulundan sonra qarın köpünün fizioloji səbəbləri aşağıdakılardır:

-Qaz yaranmasına səbəb olan qida qəbulu,

-Həddən artıq yemək,

-Yemək zamanı tələsmək, siqaret çəkmək, danışmaq-bu zaman hava qəbul edilir və mədəyə ötürülən havanın 30 faizi bağırsağa düşür,

-Mədə yanmasına görə soda qəbulu,

-Qazlı suları çox qəbul etmək,

-Adət edilən rasionu dəyişmək (başqa ölkəyə səfər),

-Hamiləlik.

Aşağıdakı qidaları isə qaz yaranmasını sürətləndirən qidalar siyahısına daxil etmək olar:

-Süd və dondurma,

-Dənli bitkilər, çörək, düyü sıyığından başqa digər sıyıqlar,

-Lobya, paxlalı bitkilər, qarğıdalı, soya məhsulları,

-Qoz, yerfıstığı, fındıq, keşyu,

-Kələm və çuğundur, soğan,

-Göbələk,

-Ananas, üzüm, armud və şaftalı.

Qarının patoloji köpünün səbəbləri aşağıdakılar ola bilər:

-Disbakterioz,

-Həssas bağırsaq sindromu,

-Polip, spayk, divertikul, bağırsaqda bəd və xoşxassəli şişlər,

-Qastrit və mədə xorası,

-Xroniki pankreatit,

-Kron xəstəliyi,

-Bağırsaq qripi.

Nevrotik və allergik meteorizm də patologiyaya aid edilir. Qida qəbulu zamanı yaranan köp orqanizmdə gelmint və infeksiya səbəbindən ola bilər.

                         Meteorizmin bir neçə növü var:

-Alimentar-Qazlı su, pivə, un məhsulları, meyvələri həddən artıq qəbul edəndə yaranır,

-Dinamik-Bağırsaq dinamikası və qidanın həzmolma sürəti pozulanda yaranır. Adətən mədə-bağırsaq sistemində keçirilən əməliyyatlardan sonra üzə çıxır.

-Psixogen-uzun müddət davam edən stressdən sonra yaranır.

-Digetstiv-Həzm prosesi pozulanda yaranır.

-Disbiotik-Bağırsağın mikroflorası dəyişəndə yaranır və qastrit, pankreatit üçün xarakterikdir.

-Mədə-bağırsaq orqanlarının xəstəliyi arasında əlaqə var. Bu səbəbdən bir sıra müayinələrdən keçmək, sizi narahat edən patologiyanın səbəbini müəyyən etmək lazımdır.

Bir sıra simptomlar yarananda xalq təbabətinə müraciət etmək olmaz. Çünki bu zaman yaranan xəstəliyi artıq inkişaf etmiş mərhələdə aşkar etmək olar. Bu zaman isə müalicə daha ciddi və bahalı başa gələcək.

Saglam olun!!!

www.Doctortap.az

 

BİZƏ ZƏNG EDİN