Piylənmə

Piylənmə orqanizmdə piyin yığılması ilə xarakterizə edilən xroniki xəstəlikdir. Bu xəstəliyə birbaşa səbəb olmayan səbəblər hələ də müəyyən edilməyib. Amma piylənməyə səbəb olan bir sıra faktorları sıralamaq olar:

-Piy toxumasının xüsusiyyəti,

-Genotipin xüsusiyyəti,

-Proseslərin hormonal nizamlanması,

-Doyma mərkəzi və iştah mərkəzinin funksiyalarının pozulması,

-Qidaya qarşı uşaqlıq dövründə yaranan psixi və emosional pozuntular,

-Milli qidalanma adətləri,

-Sosial vəziyyət,

-Sivilizasiya şərtləri.

                                                         Piylənmə növləri

1.İlkin piylənmə 90-95 faiz hallarda özünü göstərir və bu, müasir həyat tərzinin təsiridir. Hərəkət aktivliyinin azalması qida ilə sərf olunandan çox enerji daxil olmasına səbəb olur.

2.Diaqnostika olunmuş genetik deffektin fonunda

3.Elmə məlum olan genetik sindromlar səbəbindən

4.Piy mübadiləsinin nizamlanmasına cavabdeh olan genetik deffektlər

5.Serebral element və ya beyində şiş simptomları kimi

6.İnfeksion xəstəliklər

7.Hipofiz şişi, “boş” türk yəhəri sindromu, psevdoşiş sindromu

8.Psixi xəstəlik səbəbindən piylənmə

Endokrin tipi Kuşinqa sindromu, hipotireos, hioqonadizm və digər endokrin patalogiyalar səbəbindən yaranır.

                            Piylənmə zamanı qidalanma xüsusiyyətləri

Pəhriz hər bir xəstənin peşəkar fəaliyyəti, milli və digər xüsusiyyətləri nəzərə alınmaqla fərdi şəkildə müəyyən edilməlidir. Dietik müalicənin əsasında qida ilə enerji daxilolmasını azaltmaq və enerji sərfini artırmaq dayanır.

Daha tez arıqlamaq üçün çox aşağı kalorili pəhriz təyin edilir. Bu pəhrizi ciddi şəkildə həkim nəzarəti altında həyata keçirmək lazımdır.

Tez-tez aclıq hissi keçirməmək üçün qida rasionundan iştahı artıran qidaları çıxartmaq lazımdır. Bu, bulyonlar, hisə verilmiş ət məhsulları, şorabalar, ədviyyat, spirtli içki, acı istiot, istənilən qızardılmış yeməklərdir.

Bundan əlavə, aclıq hissini dəf etmək üçün başqa bir üsul da var. Aşağı kalorili, çoxlu qida qəbul etmək lazımdır. Bu sıraya meyvə, tərəvəz, şəkərsiz isti çay, sambuk və mussa daxildir. https://dietway.ru/article/dieta-pri-ozhirenii

Sağlam Olun!

WWW.DOCTORTAP.AZ

 

 

 

BİZƏ ZƏNG EDİN