Sonsuzluq diaqnozu-Nə etməli?

Sonsuzluq diaqnozunu bu günə qədər də bir çoxları alın yazısı kimi qəbul edirlər. Amma çox nahaq. Sonsuzluq deyəndə insanlar mayalanmanın mümkün olmadığı hansısa bir xəstəlik yox, orqanizmin müəyyən vəziyyətini qəbul edirlər. Bu vəziyyət il ərzində kontraseptitlər qəbul etmədən bir illik aktiv cinsi həyat olsa da, hamiləliyin baş vermədiyi kimi xarakterizə edilir.

Bu vəziyyət əslində müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərin bir çoxu isə asanlıqla aradan qaldırıla bilər. Məsələn, bəzən reproduktiv funksiyanı bərpa etmək üçün çəkini normallaşdırmaq və həyat tərzini dəyişmək kifayət edir.

Həkimlər bu kateqoriyalara bölürlər: ilkin sonsuzluq-Bu diaqnoz hamiləlik əvvəl heç vaxt olmayanda qoyulur.

İkincil sonsuzluq-Əgər qadın əvvəl bir dəfə hamilə olubsa, bu diaqnoz qoyulur.

Qadın və kişi sonsuzluğu diaqnostika mərhələsində eyni proporsiyaya malikdir. Buna görə də ginekoloq-reproduktoloqun yanına cütlük birlikdə gəlməlidir. Hamiləliyə mane olan bütün pozulmaların müəyyən edilməsi çox vacibdir. Ciddi yoxlama və müayinələrdən sonra həkim problemin optimal həlli yolunu təklif edir. Bəzən isə konservativ müalicədən istifadə etməklə hamiləliyi bərpa etmək mümkün olur. Bəzən isə operativ müdaxilə lazım olur.

Əgər vəziyyət daha çətin və mürəkkəbdirsə, həkim köməkçi reproduktiv texnologiya üsullarını məsləhət görür. Hazırda EKO sonsuzluğun qarşısını almaq üçün ən effektiv üsul sayılır. Bu üsula əsasən, qadının yumurtalıqları bədənindən kənarda dölləndirilir. Sonra isə alınan embrionlar təbii şərait  təqlid olunan inkubatorlarda “becərilir”.

Sonra isə 1 və ya 2 embrion qadının uşaqlığına yerləşdirilir (belə məhdudiyyət vacibdir,bu yolla çoxdöllü hamiləlik riskini aşağı salır. Çünki çoxdöllü hamiləlik müxtəlif problemlərə səbəb olur).

Digər yaxşı keyfiyyətli embrionları konservləşdirib reproduksiya mərkəzində saxlamaq imkanı da var. Əgər cütlük növbəti övlad istəsələr, bu zaman mərkəzə müraciət edib yuxarıda sözügedən embrionlardan istifadə edə bilərlər.

EKO üsulunun effektivliyi kəşf olunduğu gündən bu yana kifayət qədər artıb. Statistikaya müraciət edək.

Gənclərdə və tam sağlam cütlüklərdə bir təbii menstrual dövr ərzində uğurla döllənmək şansı 25 faizdən çox deyil. EKO nəticəsində hamilə qalmaq şansı isə 53 faiz təşkil edir.

Son olaraq qeyd etmək lazımdır ki, müasir tibbin imkanları ən ağır patoloji reproduktiv sistemə malik insanlara da kömək etməyə şərait yaradır. Əgər hamilə qalmaqla bağlı problem varsa, ginekoloq-reproduktoloqa müraciət edin. Həkim sizin övladla bağlı arzunuzun ən qısa müddətdə reallaşması üçün əlindən gələn hər şeyi edər.

 

BİZƏ ZƏNG EDİN