Yaz allergiyası: ilk simptomlarda nə etmək lazımdır?

Meqapolislərin bir çox sakinlərində yaz allergiyasının simptomları orta yaş dövrlərində özünü biruzə verir. Müxtəlif ölkələrdən olan həkimlər qeyd edirlər ki, 35 yaşdan sonra allerqoloqlara ilk dəfə müraciət edən pasientlərin sayı getdikcə artır.

Tutulan burun, yaşaran göz, dəridə səpmələr, nəfəsalmada çətinlik-bunlar immunitet sisteminin fəaliyyətində yaranan problemlər səbəbindən üzə çıxan simptomlardır. İmmunitet sistemində yaranan problemə görə orqanizm təhlükəsiz maddələri (məsələn, adi tozu) sağlamlıq üçün təhlükə kimi qəbul edir və qistamin, digər kimyəvi maddələr kimi müdafiə vasitələri ifraz etməyə başlayır.

Qeyd edilir ki, əhalinin kifayət qədər böyük hissəsi allergiyaya meyllidir (bəzi məlumatlara görə, planetin əhalisinin yarısı heç olmasa bir qıcıqlandırıcı maddəyə qarşı həssasdır). Amma allergik reaksiyaların intensivliyi bir sıra faktorların təsirindən asılıdır. Onlardan ən əsası uzun müddət davam edən tozlanma dövrüdür. Qlobal istilərə görə, bitkilər çiçəkləmə dövrünə 2-3 həftə tez başlayırlar. Bu aktivlik isə payızın sonlarına qədər davam edə bilər.

Ev allergenlərindən (məsələn, toz və ya heyvanların tükü) əziyyət çəkən şəxslər soyuq aylarda simptomlarla qarşılaşmaya bilərlər. Amma çiçəkləmə mövsümü bu məsələdə təzyiq artır. Nəticədə isə orqanizm istənilən allergenə reaksiya verməyə başlayır.

Allergiyadan əziyyət çəkən bəzi insanlara adi antiqistamin maddələri kifayət edir ki, çiçəkləmə dövrünü rahat keçirsinlər.

Amma problem həll edilmirsə, müəyyən allergenlərə görə analiz vermək lazımdır. Birincisi, bu yolla həkim daha uyğun müalicə yaza bilər. İkincisi, allergik reaksiyaya nəyin səbəb olduğunu bilməklə həyat tərzi və qidalanmanı daha düzgün qurmaq olar.

Bir çox hallarda isə bunu bilməklə simptomların yaranma intensivliyini azaltmaq və ümumiyyətlə, dərmansız da keçinmək olar.

Yaz allergiyası: müalicə

“Çəkinin”- allerqoloq-həkimlərin sevimli sözüdür. Biz allergenlərlə əlaqəni tam dayandıra bilmərik. Amma kəskin dövrdə nələrisə etmək mümkündür.

Səhərlər, havada toz dənələri az olan vaxt idmanla məşğul olun. Çiçəkləmə dövründə bütün məşqləri otaq şəraitində edin.

Evə qayıtdıqdan sonra paltarlarınızı dəyişin və yataq otağında saxlamayın.

Böyük gün eynəkləri və iri dimdiyi olan papaqlar sizin gözlərinizi maksimum müdafiə edəcək.

Evə qayıtdıqdan sonra qipoallergen sabunla yuyunun (kipriklərinizi yumağı unutmayın). Yuxudan əvvəl duş qəbul edin və saçlarınızı yuyun.

Kəskin dövrdən əvvəl kondisionerin filtrlərini dəyişin. Evdə və maşında pəncərəni açıq saxlamamağa çalışın.

Boğazda və ağızda yanma hissi yaradan meyvə və tərəvəzlərdən imtina edin. Pollinozdan əziyyət çəkən xəstələrin üçdə birində qida allergiyası da ola bilər. Bunun səbəbi isə tozlanmanın və ərzaq məhsullarının tərkibində olan zülallar arasında gedən reaksiyalardır.

Sağlam olun!

www.doctortap.az

BİZƏ ZƏNG EDİN