(012) 310 09 10
(051) 500 96 00

Dişlərin ağardılmasının zərərləri

Qar bəyazlı gülüş - gənclik, sağlamlıq, hər bir insanın arzu etdiyi tamlıq simvoludur. Ancaq belə mükəmməl ağ dişlər ilə hər kəs təəssüf ki mükafatlandırılmayıb və buna görə müxtəlif ağartıcı vasitələrə müraciət etmək lazımdır.

Bir neçə dəqiqə ərzində parlaq Hollywood təbəssümü əldə etmək istərdinizmi? Lakin hər zaman nəticə "möcüzəvi" olmur və bu prosedurun əlbətdəki, zərərli tərəfləridə vardır.

Əks təsirlərdən qorunmaq üçün ilk öncə prosedur klinika şəraitində yerinə yetirilməlidir. Arzu olunandır ki, klinikanın reputasiyası və təkmilləşmiş yüksək ixtissaslı həkim mütəxəssis olması şübhə doğurmasın.

Dişlərin ağardılması prosedurunun digər yan təsirlərinə gəlin birgə nəzər salaq.

  • Damaq yanığı

Damaq yanıq xəsarətləri daha çox şəxsi ağartma prosesində özünü biruzə verir. Belə yanıqlara adətən tərkibində peroksid olan vasitələr səbəb olur. Yanıq yaranmasının əsas səbəbi isə - standart ölçüdə damcılarının əlavə edilməsidir. Hər kəsə məlumdur ki, hər bir dişin ölçüsü və forması var, ona görə də individual uyğun ola biləcək ağardıcı vasitə həkim stomatoloq tərəfindən təyin edilməlidir. Peroksidin çox böyük və ya çox az miqdarda istifadəsi, damağın dəri ilə təmas nöqtəsində yanıq, xora yarada bilər. Ona görə də dişləri müstəqil ağartmanın fikrindən birdəfəlik imtina etmək lazımdır.

  • Dişlərdə problem

Nəzərə almaq lazımdır ki, ağartma proseduru sağlam karies ilə zədələnməyən dişlərdə icra edilə bilər. Prosedur öncəsi diqanostika aparılması mütləqdir. Bu diaqnostika aparılmasa ağardıcı vasitələr həssas bölgələrə daxil olub kariesli nahiyyələr yarada bilər. Bundan başqa, texnologiyanın pozulması parodontit və qinqivit kimi xəstəliklərin keçməsi kimi yumşaq damağın tam itirilməsinə gətirib çıxara bilər. Ona görə də stomatoloji klinika şəraitində sırf peşəkar mütəxəssis tərəfindən bütün lazımi avadanlıqlar ilə dişlərin müayinə və müalicəsini həyata keçirməsi mütləqdir. 

  • Ağartmadan sonra uğursuz nəticə

Dişlərin ağardılması qeyri-peşəkar tərəfindən aparılırsa, bu zaman, tamamlanmamış və ya mənfi nəticə əldə edilə bilər. Dişlərin rəngi ​​dəyişməyəcək və ya hissəvi dəyişəcək. Bu halda, sizə zəmanət verilməyəcək və itkilərin əvəzi ödənilməyəcəkdir.

  • Emal qatının zədələnməsi

Ağardıcı vasitələr və hətta diş pastası, diş ərpini təmizləyən xüsüsi maddəli tərkibə malikdirlər. Çox qüvvətli ağardıcı tərkibli qarışığı olan məhsullar sizin hollivud təbəssümünüzə son qoya bilər. Bu zaman emal qatı zədələnməsə belə dişlərin həssaslığının artmasına gətirib çıxaracaq.

Bütün bunlar nəzərə alınaraq dişlərin ağardılması prosedurunu qərara almazdan öncə, işinin peşəkarı olan stomatoloq və klinika seçiminizi, insanlar arasında daha çox etibar qazanmış məkanlara müraciət edib, düzgün prosedurlardan yararlanmağı tövsiyyə edirik.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN