Linza istifadəsi zamanı gözlər çox ağrıyır - nə etmək lazımdır?

Kontakt linzalar rahat və praktiki görmə korreksiyası vasitəsidir. Linzalar vasitəsi ilə insanlar problemlərini kənar şəxslərə demək məcburiyyətində qalmırlar.

Oçkidən istifadə etmə hallarında belə linzadan istifadə etmək çox problemlərin həll edilməsi deməkdir. Əksər hallarda isə Linzalardan istifadə zamanı göz orqanı ağrıya məruz qalır.

Ağrı təzahürünün səbəbləri bir neçə ola bilər:

Göz membranının həssaslığı - Bu problem zamanı insanlar üçün şərti hidrogel linzaların istifadəsi uyğun olmayacaq - onlara xüsusi hazırlanmış hialuron turşusu damçısına ehtiyac duyulur.

Gigienik cəhətdən qorunmayan linzalar - Əgər linzaların gündəlik təmizləmə ehtiyacını həyata keçirməsəniz, yaxud səhv etsəniz, optik qurğularda mikroblar, kir, protein və lipid yataqları yığılacaq. Bu hal yoluxucu göz xəstəlikləri və iltihablara birbaşa yoldur.

Göz quruluğu - Bəzən, kontakt vasitələrin istifadəsi zamanı gözlərdə narahatçılıq, quruluğu yaradır. Problemi həll etmək üçün, xüsusi süni göz yaşlarından istifadə edə bilərsiniz. Göz quruluğu səbəbindən, linzalardan imtina etməyin. Bu sahədə demək olar ki, bütün problemlər asanlıqla həll edilir, ən başlıcası oftalmoloq müayinəsində mütəmadi olun.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN