Oynaqlarda ağrılar

Düz qamət, üzgüçü forması, yüngül yeriş - əgər oynaqlarınıza lazımi diqqəti göstərməsəniz bütün bunlardan məhrum ola bilərsiniz. 

Unikal dizayn

Oynaqlar, hər kəsin fərqli sahələrdə hərəkət etməsinə kömək edən üstün bir orijinal dizayndır. Oynaqlar olmasa - idman, sadə gimnastik hərəkətlər və başqa hərəkətləri icra etmək mümkün olmazdı.

Ümumiyyətlə, insanlar hər hansı bir orqanın fəaliyyərini itirdikdən sonra onu qorumağa başlayırlar. Bu tip xoşagəlməz hallardan qaçınmaq üçün, elə indidən orqanizmin sümük - əzələ sisteminin qayğısına qalmalıyıq. 

Yüksək hərəkətlilik 

Şəxs oynaq sisteminin yüksək hərəkətliliyini, əzələ sisteminin zəifləməsi zamanı hiss edir. Bu diskomfort vəziyyət get-gedə artır və həyat fəaliyyətinə təsirini göstərir. Hərəkət zamanı ayaqlarda oynaq "qırılma" səsləri eşidilir, ağrılar baş qaldırır.

Həkimlər bunun səbəbini genetik faktorlarada söykəyirlər. Doğuşdan insanda kollagen yaranır ki, bu da uzun müddətə orqanizmə bəs edir. Bu problem üçün müalicə nəzərdə tutulmayıb, lakin tövsiyələrlə məhdudlaşır.

Artroz

Artroz yaşı 40-dan yuxarı olan insanları narahat edən oynaqların ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik sərtlik, ağrı, şişkinlik, dəri qüsurları ilə xarakterizə olunur. Bu zaman dərhal müalicəyə başlanmalı, iltihabın qonşu toxumaları da təsir etməsinin qarşısı alınmalıdır.

Osteoartrit - diz, omba və ayaq biləklərinə təsir edir. Bu mərhələdə insanlar həkim köməyinə ehtiyacı olduğunu bilmədilər. Müalicə olmadan belə bir xəstəlik oynaq deformasiyalarına səbəb ola bilər! Xəstəlik artıq çəkili olan insanlarda daha çox rast gəlinir.

Revmatoid artrit

Bir qayda olaraq revmatoid artrid, kiçik oynaqlar ilə başlayır və hər yaşda baş verə bilər. Bu xəstəlik yalnız qığırdaq və sümüyü məhv etməklə deyil, həm də limfatik sinirlərin, qan damarlarının və ürək funksiyasının pozulmasında təhlükəlidir. İmpulsiv hüceyrələrin əvəzinə immun sistemi sağlam olanlara hücum etməyə başlayır. Xəstəliyin artmasına maneə törətmək üçün ağrı ortaya çıxdıqdan dərhal həkimə müraciət olunmalıdır - Həkim müayinəsi və müalicəsi xəstəliyin kəskin gedişini dayandırmağa kömək edəcək.

Həkimlərdən qorxmayın

Oynaqlarda ağrı çoxsaylı xəstəliklərin əlamətidir, buna görə xəstəlik səbəbini müəyyən etmək üçün revmatoloq həkimə müraciət etmək lazımdır. Kompresslər, xalq təbabəti kimi vasitələrdən istifadə iltihabı daha da gücləndirə bilər, beləliklə mütəxəssis ziyarətindən çəkinməyin!

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN