(012) 310 09 10
(051) 500 96 00

Qış depressiyasından necə qorunmalıyıq

Qış aylarında kədər və ya depressiya əlamətləri qış depressiyasına bağlı ola bilən simptomlardır. Bu tip pozğunluqdan əziyyət çəkənlər daha çox yatmaq, daha çox yemək, özlərinə qapanmaq və ümumiyyətlə qış fəsli zamanı enerji çatışmazlığı hiss edirlər.

Bu zaman çəki artımı - qida artımı ilə əlaqədar qış depressyasının ilk əlamətidir. Şəxsdə ardıcıl olaraq 1 və ya 2 il ərzində bu simptomla baş verirsə, artıq şəxsə qış depressiyası diaqnozu qoyula bilər. 

Ekspertlər deyirlər ki, depressiyanın qarşısını almaqda işıq böyük rol oynayır. Hipotalamusun beynin xüsusi bir hissəsinə mesaj göndərdiyi üçün günəş işığına ehtiyacımız var. Qaranlıqda, orqanizm melatonin istehsal edir, günəş işığı isə melatonin istehsalına maneə törədir.

Qış depressiyası 20 ildən çox müddətdir tibb tədqiqatçıları tərəfindən araşdırılır və müalicəsi yüngül terapiya və anti-depressantlardan ibarətdir. İşıq terapiyası ilə xəstələr günəşə bənzər yüksək intensivliyi işıq saçan xüsusi işıq qutuları qarşısında otururlar. 

İşıq terapiyası adətən gündəlik olaraq, qısa dövrlərlə aparılır. Bu müalicə antidepresanlardan daha təsirli vasitə sayılır. 

Bununla yanaşı, müalicəyə başlamadan öncə digər vasitələrdəndə istifadə edə bilərik. Məsələn, soyuq havaya baxmayaraq, insanlar açıq havada kifayət qədər vaxt keçirməlidirlər. Hətta qalın paltar bükülmüş olsaq da, biz lazım olan günəş işığını almalıyıq.

Digər təkliflərə aşağıdakılar daxildir:

  • Pərdələri açaraq və ya əlavə süni işıq əlavə edərək edərək evinizi günəşli və parlaq edin,
  • Fiziki məşqlər qış depressiyasının əlamətlərini azalda bilər. Fiziki formanızın normada olması ümumi əhvalınızı da yaxşılaşdıracaq,
  • Qış depressiyasından və ya digər depressiyadan əziyyət çəkən şəxsə tibbi yardım göstərilməlidir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN