Ağciyər tüberklyozunun simptomları

Ağciyər tüberklyozu - dünyadakı ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Ölkəmizdə bu xəstəlik ciddi və qorxulu hal kimi qəbul edilir, bu səbəblərdən xəstəliyin simptomlarını müəyyənləşdirmək və müalicəyə mümkün qədər tez başlamaq çox vacibdir.

Xəstəliyin erkən mərhələlərində müalicənin aparılması, sağalma prosesində daha tez effekt alınmasına yardım edir.

Xəstəliyə tutulma zamanı ilk "təhlükəli" simptomlar 3 həftə və ya daha uzun müddət davam edən, davamlı öskürək və ya müəyyən qısa müddətdə əsassız çəki atmaq göstərilir.

Həmçinin də bu simptomlar arasında - şiddətli yorğunluq zəiflik, bədən istiliyinin artması, gecə yuxusu zamanı tərləmə, iştahanın itirilməsi, döş qəfəsində ağrınarahatlıq, daimi nəfəs darlığı və ya qanlı öskürək daxildir.

Tüberklyoz diaqnozunun əsas və asan üsulu "Mantı" testi hesab olunur, analizin pozitiv çıxması daha dərin müayinəyə ehtiyac olduğunu göstəmiş olur.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN