Miozit nədir?

Hər bir insan həyatında ən az bir dəfə olsun boyun, çiyin və ya beldə ağrı keçirir. Bu ağrıların çoxalması mütəmadi soyuqlamadan irəli gələrək dahada mürəkkəbləşir. 

Miozit (qəfildən tutan, ağrı ilə müşahidə olunan əzələ xəstəliyidir) bir və ya iki skelet əzələsində meydana gələn iltihablı prosesdir.

Soyuqlama - əzələ zəifləməsi və ağrı ilə müşahidə olunan, orqanizmdə qripdən və ya parazitlərdən sonra qalan infeksional xəstəliklərin təzahürüdür. Həmçinin, miozitin yaranmasına adı yel alma səbəb ola bilər, hansı ki orqanizmin immun sistemi zəifdir.

Əzələlərin bu cür miozitə tutulmasını digər xəstəliklərin simptomları ilə qarışdırmaq mümkündür. Onurğa sütununun fəqərə arası disk yırtığı zamanı, ginekoloji problemlər, böyrək və mədə altı vəzinin xəstəlikləri zamanıda boyun, çiyin həmçinin onurğa sütununun aşağı nahiyyələrinə ağrı ötürə bilir.

Buna görə ağrının təbiətini dəqiq və doğru bir şəkildə təyin etmək çox vacibdir və yalnız diaqnoz qoyulduqdan sonra miozitlərin müalicəsi başlanmalıdır. Bel nahiyyəsinin əzələ miozitləri bel ağrısının ən çox yayılmış səbəblərindən biridir, bu tip ağrı sızıldıyan daimi xarakter daşıyır və istirahət mövqeyində sakit halda belə ağrını hiss etmək olur.

Boyun mioziti boyunun bir tərəfindən dartma ağrısı ilə ortaya çıxır və ağrı başın arxasına vurur, həmçinin qulaqdan çiyinə yayıla bilir. Hər növ miozitin tamamilə müalicəsi mümkündür, lakin müalicəni, nevroloq və ya  terapevt təyin etməlidir. Əgər müalicə düzgün başlamasa və ya müalicə olunmazsa (məsələn, ev şəraitində əks gööstərişli istiləşdirici mazlardan istifadə olunsa), xəstəlik daha da inkişaf edəcəkdir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN