(012) 310 09 10
(051) 500 96 00

Xolesterol nədir?

Zehinlərimizdə həkk olunan televiziya reklamları "xolesterol - çox zərərlidir" anlayışı hər kəsə məlumdur. Həqiqətən belədirmi?
Xolesterol, yağ turşuları içində həll olan heyvan mənşəli bir maddədir. Bu maddə müstəqil olaraq vücudumuz tərəfindən istehsal edilir və bir hissəsi qidalanma ilə əldə edilir.

Xolesterol orqanizmdə vacib funksiyaları yerinə yetirir: normal hüceyrə quruluşunu qoruyur, əhəmiyyətli hormonların və öd istehsalına kömək edir. Xolesterol o qədər də dəhşətli deyil, sadəcə qanda onun daim yüksək səviyyədə və ya çox aşağı səviyyədə olması təhlükəlidir. Xalesterolun yüksək səviyyəsi müxtəlif xəstəliklərin inkişafına gətirib çıxarır.

Yüksək xolesterol bədəndə metabolizm prosesinin təhlükəsiz şəkildə pozulması, ateroskleroz riski, infarkt riskini yaradır. Xolesterol lövhə şəklində qan damarlarının divarlarında yerləşir, bununla birlikdə damar diametrini azaldır və normal qan hərəkətinə mane olur. Damar tutulması, trombların əmələ gəlməsinə səbəb ola bilir.

Xolesterolun qanda aşağı səviyyədə (bu maddənin çatışmamazlığı) olması hipertireoza (tiroid aktivliyinin artması), yorğunluğa və böyrəküstü vəzi problemlərinə gətirə bilər.

Xülasə: xolesterol tərkibli qidaları tamamilə aradan qaldırmaq mümkün deyil. Kəmiyyət və keyfiyyətin uyğun bir birləşməsinin orta səviyyəsini tapmaq lazımdır. Xolesterol ilə yumurta, yağlı ət və yağlı süd məhsulları zəngindir. Xolesterolun, maksimal istehlakı gündə 250 qr təşkil edir, yəni. 1 yumurta, 6% yağ tərkibi olan 2 kasa süd, 0,2 kq ət, 0,15 kq sosis, 0,05 kq qaraciyər.

Xolesterol sizin düşməniniz deyil (qəbulu normal miqdarda olarsa)!

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN