Ayaqda olan döyənəklər hansı problemlərdən xəbər verir?

Döyənəklər hər birimizin həyatında zaman-zaman dabanda, barmaq arası nahiyyələrdə, pəncədə yarana bilir. Bu qəribə və ya qeyri-adi hal deyil, lakin döyənəklərin müntəzəm olaraq eyni nahiyyədə əmələ gəlməsi halı səhhətinizdə problemlər olduğundan xəbər verə bilir.
Şərq təbabətinə görə, döyənəkləri yerləşmə məkanına görə, orqanizmdə hansı orqanda problemlər var rahatlıqla öyrənə bilərik. Misal olaraq, daima ayaq barmaqları arasında yaranan döyənəklər mədə-bağırsaq traktının pozulması ilə əlaqəli olan problemdən xəbər verir.

Pəncə ətrafında döyənəklərin yaranması orqanizmdə oynaqlarda xoşagəlməz dəyişikliklər ilə müşahidə olunur.
Sol ayağının axrıncı barmağında çıxan döyənək ürək fəaliyyətində olan dəyişikliklərdən xəbər verir.

Əgər sağ ayaqda döyənək varsa, böyrək və öd kisəsi ilə böyük problemlərin yaranması riskini xəbərdar edir.
Ayaqların zahiri tərəfində yerləşən parlaq görünən ağ zolaqlar isə onurğa sütununun problemlərindən təsirlənə bilər.

Əgər ayaq dərisi tamam quru və qıcıqlanmaya meyllidirsə, bu zaman orqanizmin ümümi zəifləməsindən, sinir gərginliyi və vitamin çatışmamazlığından danışmaq olar.

Bütün pəncənin bərabər hissədə kobudlaşması dəri maddələr mübadiləsinin pozulmasından xəbər verir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN