Hansı əlamətlər zamanı psixoterapevt qəbuluna getməliyik?!

Bir çoxları psixoterapevtlərə və psixoloqlara güvənsizcə yanaşırlar: deyirlər, bu nəyə lazımdır axı?! Artıq pul xərcidir! Axı, həmişə dostlarla söhbət edə və ya işlə məşğul olub ağır düşüncələrdən uzaqlaşa bilərik.

Lakin bu, həmişə belə deyil. Bəzən insana bir cərrahdan, lor və ya hər hansı digər həkimdən daha çox psixoterapevt yardımı gərəkli olur.

Aydınlıq gətiririk ki, necə anlayasınız ki, bu sizində rastlaşdığınız haldır:

  • Hər şey, gözəl görünür, lakin nədənsə insan özünü "asmaq" istəyir. Yaxşı halda hər şeyi boş verib, başqa yerə getmək istəyirsiniz.
  • Sanki həyatınızı yaşamırsınız. Yanlış universitetə qəbul oldunuz, başqa bir işə girdiniz, istəmədiyiniz adamla evləndiniz. Ancaq nədənsə heç bir şeyi dəyişdirmirsiniz.
  • Hadisələr daim təkrarlanır. Artıq dördüncü şəxsdir ki, sizə xəyanət edir. Yeni işdə köhnə kimi eyni qarşıdurmalar baş verir. Bütün dostlar cansıxıcı olurlar. 
  • Özünüzə nifrət edirsiniz. Fikirləşirsiniz ki, siz eybəcər və lazımsızsınız. Nəyə görə sizi sevməlidirlər ki?!
  • Son zamanlar çox dəyişmisiniz. Hobiləriniz, dostlar, məsğuliyyətləriniz sizi sevindirmirlər.
  • Çox yorğunsunuz, qətiyyən heç bir iş görmək istəmirsiniz. Ən sadə daranmaq, zibil atmaq kimi işlər sizə günün ən ağır işi kimi gəlir.
  • Daima ağrınız var, lakin analizlər sağlam olduğunuzu göstərir.
  • Yuxusuzluq yaranır və ya əksinə 24/7 çarpayıda vaxt keçirtmək arzusundasınız.
  • Yemək qəbul etmək həvəsiniz yoxdur. Toxluq hissi baş verir.
  • Diqqətinizi hər hansı bir yerə mərkəzləşdirmək sizin üçün çətinləşıb. İşdə problemləriniz yaranıb.
  • "Necəsən?" sualına belə qıcıqlanırsınız.
  • Özünüzə xəsarət yetirmək istəyirsiniz.
  • Sui qəsd haqqında düşünürsünüz.

Qeyd olunan əlamətlərdən 2 həftədən çox sizdə müşahidə olunursa, həkim-mütəxəssis yanına tələsin!

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN