(012) 310 09 10
(051) 500 96 00

Pəhrizi mütləq dietoloq təyin etməlidir.

Nəyə görə dietoloqa müraciət etmək lazımdır?

Cavab sadədir: Uzun illər sağlam, incə, gözəl, güclü və bunlara görə xoşbəxt qalmaq üçün...

Həkim-dietoloqlara müraciət etməkdə insanları vadar edən nədir?

- Xəstəlik və ya orqanizm üçün zəruri proteinlər, yağlar, karbohidratlar, minerallar və vitaminlər düzgün seçilmiş balanslaşdırılmış qida rasionu ilə sağlamlığı qorumaq.

Daima idmançılar çəki almamaq, əzələ kütləsi qazanmaq, yarışdan əvvəl bir neçə kiloqram itirmək üçün xüsusi seçilmiş qida rasionuna ehtiyac duyurlar.

Həmçinin, həddən artıq çəki, piylənmə, sağlamlığı və ya görünüşü ilə problemləri olan insanlar da dietoloqa müraciər edirlər. 

Həkim-dietoloq fərdi pəhriz qidalanma rasionunu təyin etmək üçün kompleksli müayinə aparır, insan orqanizminin əzələ və piy toxumasının faizini tərtib edir. Şəxsin yüngül və ya ağır sümük növünə aid olmağını təyin edir. 

Orqanizmin endokrin sisteminin, maddələr mübadiləsinin vəziyyəti yoxlanılır. 

Nəticədə balanslaşdırılmış pəhriz planı ətraflı təsvir olunacaq, yeməklərin tezliyi və miqdarı müəyyənləşəcəkdir. 

Pəhriz planına bir neçə ay davam etmək lazımdır. Əgər rasiyonunuzun tərtibatında sizi qane etməyən-qidalanmanızda narahatçılığınız olarsa, həkiminizlə əlaqə saxlayıb məhsulları növlərinə görə dəyişə bilərsiniz.

Orqanizmin normal fəaliyyəti üçün hər zaman zülal və karbohidratları digər qidalar ilə əvəz etmək mümkündür. Qidaların qəbul edilməsi dozasını və ya tezliyini dəyişmək üçün yenidən həkim dietoloqunuza müraciət etməlisiniz.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN