(012) 310 09 10
(051) 500 96 00

Körpələrdə göbək yırtığı

Uşaqlarda göbək yırtıqlarının səbəbləri anadangəlmə və ya körpəlik dövründə qazanılmış ola bilir.

Birinci hal, orqanizmin anatomik strukturunun xüsusiyyətlərinə görə baş verir. Bir çox körpədə göbək yırtığı bağırsaq toxumasının displaziyası (inkişafdan qalma) zamanı baş verir: bu zaman ön qarın divarının əzələləri zəif, dərisi kifayət qədər elastik olmur.

İkincisi halda, göbək yırtığının yaranma səbəbi yenidoğulmuşun mütəmadi ağlaması, qarın bərkiməsi, meteorizm ilə bağlı ola bilər. Nəticədə göbək (fibroz halqa) çox yavaş şəkildə bağlanır və beləliklə, elə bu zaman göbək yırtığının əmələ gəlməsi baş verir.

Uşaqlarda göbək yırtığının simptomları:

Körpədə göbək yırtığının simptomu noxuda bənzəyən göbək yaxınlığında çıxıntı şişkinliyi ilə özünü biruzə verir.

Uşaqlarda göbək yırtığının müalicəsi:

Terapevtik tədbirlərin müxtəlifliyi yırtığın ölçüsündən asılı olaraq müəyyən edilir. Göbəkdə "noxud" diametri 2 santimetrdən çox olarsa, dərhal körpənin cərraha göstərilməsi mütləqdir. Belə qrija ölçüləri sadə cərrahi müdaxilələr tələb edir. Lakin mütəmadi konservativ müalicələrlədə aradan qaldırılması mümkündür.

İlk növbədə, uşağın düzgün qidalanmasını təşkil etməli, qarın köpü ilə mübarizə aparılmalı, həmçinin uşaqın mümkün qədər az ağlamasını nəzarətdə saxlamaq lazımdır.

Bundan əlavə, həkim qarın əzələlərini möhkəmləndirmək üçün xüsusi bir gimnastika təyin edir.

2 aylıq körpə gündə ən azı 2-3 dəqiqə 10-15 dəfə qarnı üstündə qoyulmalıdır. Yanına bir sıra parlaq rəngli oyuncaqlar qoyun.

Aylar artdıqca körpənizə böyük yumşaq topda "üzmək" imkanını verin, rəngli oyuncaqlara çatmaq arzusu onu hərəkətlər etməyə vadar edəcək, yüngül formada əlini qolunu tərpətməklə nisbətən qarın köpünün azaldığını, bədən aktivliyinin artdığını müşahidə edəcəksiniz.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN