(012) 310 09 10
(051) 500 96 00

Qrip əleyhinə peyvənd: nəyə görə vacibdir?

Qrip adi soyuqdəymə deyil. Bu, hər il minlərlə insanın həyatına ciddi zərər yetirən, hətta ölümlə nəticələnən xəstəlikdir. Heç kim qripdən sığortalanmayıb, bütün orqanizmlər bu infeksiyaya həssasdırlar.

Qrip əleyhinə peyvəndlə aşılananlar istisna olmaqla: müasir vaksinlərin effektivliyi 90% -ə çatır.

Qrip uşaqlarda və yaşlılarda daha çox ağırlaşmalar yaradır. Xüsusilə 2 yaşa qədər olan uşaqlarda. Bu yaşda orqanizmin immun sistemi hələ kifayət qədər inkişaf etmədiyindən körpələrdə virus ağır nəticələr yarada bilir. 

Bundan əlavə, boğaz ağrısı, bədən ağrılarını və baş ağrısı kimi simptomları deyə bilmirlər. Nəticədə, uşaqların tez-tez hərarətləri qalxır, bu da qıcolmalara və ya sudorqalara səbəb ola bilir.

Ürəkbulanma, qusma, ishal və iştahszlıq, diareya (qarın getmə) baş verərsə körpə zəifləməyə doğru gedir.

Bir çox xəstəliklərin ilk simpromları: astma, kista fibroz, ürək xəstəliyi, serebral iflic, epilepsiya, diabet və. s məhz qrip xəstəliyi zamanı təməlini qoya bilir.

Bu səbəbdən, uşaqlar və yaşlılar fəsil dəyişkənliyi, qış fəsli başlamadan qrip əleyhinə vaksinləri artıq vurdurmalıdırlar (oktyabrın sonuna qədər).

Peyvəndlər poliklinikalarda, xəstəxanalarda əldə olduğu təqdirdə əldə edilməsi ödənişsizdir.

6 aydan- 8 yaşa qədər uşaqlara il ərzində 2 doza tətbiq olunur. Yeni fəsilin başlamasına qədər 1 doza kifayət edir.

Əgər qrip əleyhinə peyvənd vurulub və uşaq xəstələnərsə?!

Bu zaman digər insanlarla ünsiyyəti məhdudlaşdırın. Uşağın hərarəri aşağı düşərsə, belə vəziyyət ​​24 saat davam etdiyi zaman şəxs yoluxucu ola bilməz.

Unudulmamalıdır ki, istirahət və maye qəbul etmək çox vacibdir, dərman qəbul etməkdən daha vacibdir. Buna görə bir neçə gün evdə dincəlməklə, təbii vasitələrdən istifadə etməklə, immun sisteminizi bərpa edərək xəstəlikdən yan qaça biləcəksiniz.

Sağlam olun!
www.doctortap.az



BİZƏ ZƏNG EDİN