Sidik rəngləri nədən xəbər verir?

Sidik öz rəngini xüsusilə, metabolik maddələrdən, zərərli maddələrdən, qida rənglərdiricilərinin təsirindən dəyişə bilir.

  • Açıq rəngli, demək olar ki, rəngsiz sidik həkimə getməli olduğunuzu göstərir. Əgər daima çoxlu su içmək istəyiniz olursa, bunun səbəbi diabet ola bilər. Açıq rəng sidik anti-epileptik və sidik filtrasiyasını artıran dərman maddələri ilə əlaqədar rəng dəyişikliyi ola bilər. Həmçinin, böyrək və böyrəküstü vəzinin, hipotireoz, hormon dəyişikliyi ilə bağlı sidik rənginin açılmasına səbəb ola bilər.
  • Süd rəngli və bulanıq sidik bu tip sidik rəngi böyrək infeksiyası əlamətidir. İrin sidiyə bu cür rəng verə bilir və köpüklənmə, xoşagəlməz qoxu verir. Tərkibində leykositlər və sıx selik zolaqları ola bilər. Həkim müayinəsinə düşməyiniz mütləqdir. O, sizi sidik müayinəsi üçün yaxma və sidik analizini verməyə göndərəcəkdir. Analız nəticələri əsasında mikrob əleyhinə olan antibiotiklər təyin oluna bilər.
  • Qırmızı və çəhrayı sidik rəngi qəbul olunan qida ilə bağlıdır. Çuğundur, qaragilə, böyürtkən, süni rəngləndirici maddələrdən belə effekt verir. Bu ən çox qeyd olunan dərmanların qəbulundan sonra olur, rifampisin, azatioprin, fenitoin. Bəzən böyrək iltihabı və ya onların mexaniki zədələnməsi səbəb ola bilər, və ya böyrəklərdə daş səbəbindən baş verə bilir. Digər əlamətlər tez-tez tualetə getmək istəyi, ağrı ilə müşayiət olunur.
  • Tünd-qırmızı rəng antibiotiklərin (eritromisin, klindamisin), antihistamin (klemastin) preparatlarının, ağrıkəsici (diklofenak) və cinsi hormonların (progesteron, hestogen, lyütein) qəbulu nəticəsində baş verə bilir.
  • Qəhvəyi və qonur rəng problemli böyrəkdən xəbər verir. Həmçinin paxlalı qidaların, lobya, kök qəbulu zamanı olur. Əgər sidik rəngində bir neçə gün dəyişiklik yoxdursa, həkimə ziyarətiniz mütləqdir.

Sidik, yoluxucu xəstəliklər və serrozda, qaraciyər hepatiti zamanı tünd pivə kimi köpüklü görünür.

Digər səbəblərdən hemoqlobinin və ya mioqlabinin çıxması ola bilər ki, bu da ciddi xəstəlik deməkdir.

Sidik rəngi həmçinin Parkinson xəstəliyi zamanı tətbiq edilən preparatın qəbulu zamanı rəngləri dəyişə bilər. .

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN