(012) 310 09 10
(051) 500 96 00

Laringit nədir?

Boğazın selikli qişasının iltihabına laringit deyilir. Xəstəlik 10-12 gündən çox olmayaraq davam edir.

Xəstəliyin 2 növü vardır: kəskin və xroniki.

Kəskin laringit zərərli mikrobların təsirinə məruz qalması, tez-tez alkoqolun qəbul edilməsi, tərləmə, tez-tez siqaret çəkmə nəticəsində baş verə bilər.

Kəskin laringitin simptomları: -

  • Boğazda qaşınma,
  • Boğazda quruluq - öskürək,
  • Əsasən bəlgəmlə,
  • Nəfəs alma-vermə çətinləşir,
  • Səs itkisi baş verir.

Xroniki laringit səs tellərinin uzun müddətli gərginliyi, kəskin larinqitin görünməsi, karbohidrat mübadiləsinin pozulması və s ilə müşahidə edilir. Nəticəsində yarana bilər.

Xroniki formanın müalicəsi üçün aromaterapiya fəal şəkildə istifadə olunur - təbii yağlar və dərman bitkiləri ilə müalicə tətbiq edilməlidir. Xəstə insana sakitçilik və istilik mühit təmin edilməlidir, isti maye içməyə çalışmalıdır. 

Əgər xəstəliyin özünüzlə öhdəsindən gələ bilməyəcəksinizsə və ya 3-4 gün ərzində irəlliləyiş baş vermirsə, o zaman həkimə müraciət etməlisiniz, əks halda ciddi ağırlaşmalar meydana gələ bilər.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN