Böyüklərdə sızanaqların təhlükəli 5 səbəbi

 

Adətən sızanaqlar yeniyetməlik dövründə əmələ gəlir. Bu təbii fizioloji prosesdir və yeniyetmənin orqanizmində ciddi hormonal dəyişikliklərlə izah olunur. 
Müəyyən müddət keçdikdən sonra hormonal fon sabitləşir və sızanaqlarda yox olur. 
Böyüklərdə sızanaqların əmələ gəlməsi ciddi və bəzən hətta təhlükəli simptom sayılır. Bu bəzi ciddi xəstəliklərin və pozulmaların simptomu ola bilər. Həmin simptomları sizə yazırıq: 

1. Hormonal pozulmalar 
Qadınların orqanizmində kişi hormonu olan testosteronun səviyyəsi yüksəldikdə, piy vəziləri daha fəal işləməyə başlayır ki, nəticədə sızanaqlar əmələ gəlir. 
Adətən bu zaman qadınlarda tüklənmə, menstrual dövrünün pozulması, sonsuzluq kimi simptomlar meydana çıxır. 
2. Mədə-bağırsaq sistemi xəstəlikləri 
Mədə-bağırsaq sistemində olan pozulmalar əksər hallarda "üzə çıxır". Disbakterioz, qəbizlik kimi pozulmalar, qurd xəstəlikləri zamanı dəridə sızanaqlar əmələ gələ bilər. 
3. Xroniki tonzillit (angina) 
Boğazda xroniki iltihabın olması da dərinin vəziyyətinə mənfi təsir edir, sızanaqların əmələ gəlməsinə səbəb olur. 
4. Xroniki stress, nevroz 
Xroniki stress orqanizmdə kortizol hormonunun daim artmasına səbəb olur. Bu hormonun artması orqanizmdə və o cümlədən dəridə iltihabi proseslərin güclənməsinə gətirib çıxardır. 
5. Qaraciyər xəstəlikləri 
Qaraciyər orqanizmin əsas filtridir, orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir. Qaraciyər pis işlədikdə toksinlər orqanizmdə yığılmağa başlayır ki, bu da dərinin vəziyyətinə çox mənfi təsir edir. 
Bütün bunları nəzərə alaraq böyüklərdə sızanaqların əmələ gəlməsi həkimə müraciət etmək üçün ciddi səbəb sayılır.

www.doctortap.az

BİZƏ ZƏNG EDİN