(012) 310 09 10
(051) 500 96 00

Anoreksiya. Xəstəliyi vaxtında necə tanımaq olar?!

Anoreksiya - zamanı xəstə kökəlmək qorxusu ilə yaşayır. Günbəgün daha sürətlə arıqlamağa doğru gedir.

Bu, ən ciddi ruhi xəstəliklərdən biridir, hansı ki hal-hazır ki, dövr üçün gəncləri əhatə edir.

Gənc qızlar və yeniyetmələr tez-tez bu dəhşətli xəstəlikdən zərər görürlər. Sümüklər, qaraciyər, böyrəklər və ürək xəstəlikləri ilə birgə, anoreksiya ölümə səbəb ola bilər.

Anoreksiyanın səbəbləri

Əgər şəxs uzun müddət yeməkdən imtina etsə, bu zaman maddələr mübadiləsi pozulur. Anoreksiyalı insanların tez-tez yeməkdən sonra qusmağa səbəb olan vərdişi formalaşır.

Qusma halı özü başlayır, çünki orqanizm artıq qida qəbul etməkdən imtina edir. Anoreksiya xəstəliyi böyrəkləri sıradan çıxarır.

Qanda kalium səviyyəsi sürətlə aşağı düşür, buda ürək fəaliyyətini pozur. Tez kilo itkisi səbəbiylə hormon çatışmazlığı meydana gəlir.

Müalicə nə qədər tez başlayacaqsa, yaxşılaşma şansı daha da artır. Müalicə kompleksinə yalnız sistem və daxili orqanların müalicəsi daxil olmamalı, müalicə həm də ciddi psixoterapevtik yardımı əhatə etməlidir.

Anoreksiyalı şəxsin istəkləri:

  • Yeməkdən imtina etmək anoreksiyalı şəxsə xoş təsurat bağışlayır, 
  • Özündə aclıq hissini basması kifayət qədər məmnuniyyət hissi gətirir.
  • Anoreksiyası olan bəzi xəstələr qəsdən "özlərini sınamaq" üçün qarşılarına yemək qoyaraq, sanki özlərinin qəsdinə dururlar.
  • Arıqlamaq arzusu məqsədə çevrilir.
  • Anoreksiyalıya sən skelet kimi görünürsən deyildikdə, bu ona tərif kimi gəlir.
  • Belə insanlar özünə qapanıq olur. Adətən özü kimi dietadan həzz alanlarla ünsiyyətdə olurlar.
  • Özlərində olmayan piyə, bədənlərinə nifrət edirlər.
  • Bilərəkdən özlərində qusma yaradırlar ki, qəbul elədiklərindən qurtulsunlar.
  • Və ən sonda mütəmadi qidalanmağa baxmayaraq özlərində qusma halı yaradırlar ki, çəki almasınlar.

Yaxınlarınızda anoreksiya simptomları görürsünüzsə, onu dərhal həkimə aparın. Həkim nəzarəti altında mütləq müalicə almalıdır.

Anoreksiyalı insanlarla olan ünsiyyərini məhdudlaşdırın. 

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN