İdman zalından sonra saçlar yuyulmalıdırmı?

 

Alin Berje, Belçikanın məşhur kosmetoloqlarından biri "İdman zalından sonra saçlar yuyulmalıdırmı?" sualını cavablandırdı:

"Hər məşqdən sonra duş almaq, saçları yumaq hər bir idmançının əsas qaydasıdır. Əslində, baş dərisinin  intensiv tərləməsi məşq zamanı baş verir. Əgər üzünüzü tərdən xilas etmək üçün yuyursunuzsa, başın derisiylə də eyni qayda olmalıdır.

Saçların uzunluğu duş almağı və ya saçların yuyulmasını ləğv etməməlidir. İstisnalar aşağı enerji sərf olunan, məsələn, yoqa və ya pilatesin başlanğıc kursu zamanı ola bilər. Lakin, saç kəpəyə meylli olarsa

və ya saçlar sürətli yağlanmaya meyillidirsə, fitnessdən sonra anti-seborik losyon istifadəsini məsləhət görürəm.

Hovuza gedirsinizsə, suyun təmizliyini qoruyan kimyəvi maddələr saçlara, baş dərisinə mənfi təsirini buraxmasın deyə mütləq papaq taxın. Üzgüdən əvvəl bir neçə damcı saç yağı və ya hər hansı bir yuyulmaya davamlı olan kondisionerdən istifadə etməyi məsləhət görürəm - saçları bu zaman daramaq daha asan olacaqdır."

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN