(012) 310 09 10
(051) 500 96 00

Həkim tövsiyyəsi: kəskin soyuqlarlardan necə qorunmalı

Bir qayda olaraq, insanlar "mənfi" hava temperaturuna keçidi olduqca xoşagəlməz fəsil və ya xəstəliklərin gəlişi kimi qəbul edirlər.

Temperatur düşərsə, insanların əhval ruhiyyələridə aşağı düşə bilir. Belə ki, 12 saat ərzində, temperatur, 10-12 dərəcə azalırsa, hava şəraitinə həssas olan insanlar böyük narahatlıq hissi keçirə bilərlər.

Amma ən vacib şey temperatur diapazonudur. Məsələn, temperatur +40 dərəcə olsaydı və birdən-birə +30 dərəcəyə düşür, bu zaman insan ancaq yüngüllük hiss edəcəkdir.

Amma biz hava temperaturunun aşağı düşməsi və ən əsası - müsbətdən mənfiyə keçid haqqında danışsaq, bu zaman problemlərsiz keçinmək mümkün deyil.

Belə hava dəyişkənliyi kimlərə təhlükəli sayılır?

İlk növbədə - beyin damar xəstəlikləri ilə problemləri olanlara. Ürək infarktı, ürək əməliyyatı, insult keçirənlər və ya boyun sahəsindəki problemləri olanlar üçün asan olmaya bilər. 

Havaya reaksiya verməsəniz, yaxşıdır, amma meteohəssas olduğunuzu bilirsinizsə diqqətli olun, iş yükünü azaldın və kompüterdə işinizi yüngül edin, televizor az seyr edin. Belə havalarda daha az duz qəbul etmək çox vacibdir. Yatmağa qərar verdiyiniz halda, ayaqlarınızın altına bir yastıq qoyun, yuxu zamanı qan axınını normallaşdırmaq çox vacibdir, ən azı bir müddətlik ətraf nahiyyələriniz gərginlik və təzyiq hiss etməsin.

Bəzən temperaturun düşməsi zamanı meteohəssas insanlar sümüklərdə ağrılar, əlləri və ayaqlarını qeyri-təbii vəziyyətə çevirmək "düyün bağlamaq" istəyi ilə qarşılaşa bilərlər.

Bəzən belə anlarda isti duş, yüngül masaj həyat qurtarır.

Soyuq havalarda - vitaminlər, qan işlədici dərmanlar, isti içkilər, o cümlədən, qurudulmuş meyvə və kissellərin kompotlarını qəbul etməklə immun sisteminizi balanslaşdıra bilərsiniz.

Yağlı yeməklərdən, duz qəbulundan çəkinməklə, erkən yatağınıza daxil olmaqla, itburnu dəmləməsi ilə çay qəbul etməklə özünüzü qışa hazırlaya bilərsiniz. Bu zaman qışın soyuquna orqanizminiz tab gətirəcəkdir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN