(012) 310 09 10
(051) 500 96 00

Dişlərin müalicəsi ücün yeni üsul tapıldı

 

Londonun “Queen Mary” Universitetinin alimləri inqilabi bir kəşf ediblər, yeni material diş həkimi peşəsinin cəlbediciliyini itirə bilər. Meqale.Net-in Fins.az-a istinadən verdiyi məlumata əsasən, kəşfin üstünlükləri aşağıdakılardır: 

Plomba yalnız diş boşluğunu doldurmaqla kifayətlənmir, hətta dişin özünü də müalicə edir. Professor Robert Xillin (Robert Hill) dediklərinə görə, innovativ tərkib şüşə əsasında olan bioaktiv kompozit materialdan hazırlanıb. Plomba diş boşluğuna yerildikdən sonra diş toxumasını formallaşdıran minerallar azad olmağa başlayır: ftor, kalsium və fosfor birləşməsi. Bunun nəticəsində diş toxumaları yenidən bərpa olunur. 

Köhnə plomblarla müqayisədə, yeni material plombayla diş arasında kiçicik belə boşluq saxlamır və bu plombanın altında bakteriyaların çoxalmasını qeyri-mümkün edir. 
Alimlər iddia edirlər ki, belə plombu ömürlük qoymaq olar. O, müasir plomblar kimi zamanla köhnəlməyəcək və əlbəttə ki, düşməyəcək. 
“Bu material stomotoloji praktikanı tamamilə dəyişəcək. Yeni plombların yaxın üç il ərzində bazara çıxarılması gözlənilir”.

www.doctortap.az



BİZƏ ZƏNG EDİN