Dərinizə tətbiq olunmalı payız prosedurları

Yay tətili bitdi,yaxın keçmişdə isti günəş və çimərliklər mövsümi idi. Kosmetoloqlar, payızın üz dərisini normaya gətirmək üçün ideal bir vaxt olduğunu vürğulayırlar və yaydan sonra dərini yeniləyəcək və qış soyuqluğuna hazırlayacaq prosedurları keçməyi məsləhət görürlər.

1. Mezoterapiya. Bu prosedurdan sonra dəri elastikləşir - hamarlaşır, dəri gəncləşir. Meezoterapiya - vitaminlər, antioksidantlar və təbii preparatlardan hazırlanan fərdi seçilmiş kokteyllər əsasında keçirilir.

2. Peelinq və üz ağardılması. Prosedur zamanı qurumuş yanmış dəri hissəcikləri aradan qaldırılır, bunun nəticəsində dəri sanki yenilənir çox yumşaqlaşır. Payızda olunan peelinqdən sonra çillərin yaranmasından qorxmayın.

3. Yenidən canlanma. Prosedura dəri tonusunu və elastikliyi qaytarır, həmçinin dəri rəngini bərpa edir. Bu, toxuma bərpası prosesini aktivləşdirən hialuron turşusunun tətbiq edilməsindən ibarətdir.

4. Xalların, kapilyarların müalicəsini payızda etmək xüsusi ilə yaxşıdır, çünki ultrabənövşəyi şüaların zərərli sahəyə vurulmasını yay aylarında tətbiq etmək olmaz.

5. Döymə (permanent makiyaj) payızda edildikdə xüsusilə parlaq effektli olacaq. Günəşin tətbiq olunan permanenti pozmaq kimi şansı olmayacaq.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN