İQ infeksiyalardan zərər çəkir

Alimlərin bu araşdırmaları çoxlarını təəccübləndi. Onlar insan orqanizimindəki infeksiyaların insanın İQ səviyyəsinə mənfi təsir göstərdiyini, skleroz, depressiya və şizofreniyanın inkişafına kömək etdiyini təsdiqlədilər.

Tədqiqat 6 il davam etdi, 1974-cü ildən 1994-cü illərdə anadan olmuş 190.000 nəfər tədqiqat obyekti idi. Onlar IQ üçün müntəzəm olaraq müxtəlif testlərdən keçirdilər.

Hər hansı bir xəstəlik keçirən şəxsdə koqnitiv qabiliyyətlərin aşağı səviyyəyə düşməsi müşahidə olundu. Əgər orta xəstəlik keçirən şəxsin IQ səviyyəsi 1,76 bal azalırdısa, xəstəlik sayının artması ilə müqayisədə IQ orta hesabla 9,44 bal azalırdı. Danimarkalı elm adamlarına görə tez-tez xəstəliklərə tutulma IQ səviyyəsini azaldaraq sklerozun inkişafına səbəb olur.

Beynə təsir edən infeksiyalar depressiya və şizofreniyanın inkişafında bir faktordur.

Alimlər insan immunitet sistemi ilə bilik qabiliyyətləri arasındakı əlaqəni müəyyənləşdirdilər. İmmunitet sisteminin beynə təsir edə biləcəyi ehtimalını verdilər ki, IQ səviyyəsi orqanizm infeksiya keçirdikdən 1 il sonra öz mənfi təsirini göstərəcək. Tədqiqatçıların fikrincə, beyin insandan gələn xəstəliklərə cavab verir və bundan sonra əsas vəzifə olaraq immunitet sisteminin insanların ruh sağlamlığına necə təsir edir və  mexanizmlərini öyrənməkdir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN