Qida zəhərlənməsini necə müalicə etmək lazımdır?

Qida zəhərlənməsi həzm sisteminin ən çox yayılmış xəstəliklərindən biridir.

Qida zəhərlənməsi hər kəsdə baş verə bilər. Zəhərlənmələr qida, bakteriya, virus, göbələk, parazit və ya toksin olan məhsullardan orqanizmimizə keçərək baş verir.

Zəhərlənmə simptomları çox xoşagəlməz haldır, bu zaman evdə qalmanız tövsiyyə olunur.

Zəhərlənmənin əsas simptomları:

Qida zəhərlənməsinin simptomları hər kəsə tanışdır. Ümumi olaraq belə təsnif edilir:

  • qarın ağrısı,
  • qızdırma,
  • diareya,
  • qusma,
  • ürəkbulanma,
  • bədənin ümumi zəifliyi,
  • hərəkət kordinasiyasının və nitqin pozulması.

Zəhərlənmənin ən ciddi halları sağlamlığa çox ciddi zərər vurur və hətta insan ölümünə gətirib çıxara bilər.

Qida zəhərlənməsini necə müalicə etmək olar?

Yüngül zəhərlənmə halında daha çox maye içmək, lakin bu zaman qıcıqlandıra bilən süd, kofeinli içkilər, karbonatlı içkilərdən uzaq durmaq lazımdır.

  • Qara çay içmək məsləhətdir, soyuqdəyməni iltihabı götürmə xüsusiyyətinə malikdir.
  • Qaytarmaq istəsəniz belə çoxlu maye qəbu edin, daha çox qusma halı baş versə, bir o qədər tez sağalacaqsınız.
  • Zəhərlənməni müalicə etmək üçün zəncəfildən istifadə etmək olar, çox faydalıdır.
  • Özünüzü yaxşı hiss etsəniz belə rasionunuzda quru çörək və ya qara çörəkdən istifadə edin, bi rmüddət yağlı qidalardan çəkinin.

Qeyd! 24 saat ərzində simptomlar davam edərsə və ya zəhərləndiyinizə əminsinizsə, zəhərlənmə səbəbi balıq və ya göbələk olduğuna dair şübhəniz varsa dərhal həkimə müraciət edin!

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN