(012) 310 09 10
(051) 500 96 00

Trofik xora xəstəliyi

Trofik xora, toxumalarda metabolik xəstəliklər səbəbi ilə meydana gələn xroniki xəstəlikdir. Xəstəliyin mahiyyəti elə adında əhatəlidir.

Latıncadan trofik sözü "qida" deməkdir və bu problemin olduğu yerdir - toxumlarda oksigen və qida olmaması, bu səbəbdən yara birləşmir və xoralar yaranır.

İnsan baş verənləri sanki anlamır: yaxın keçmişdə bütün yaralar bir neçə gün ərzində sağalır, sonra anidən yenə yara əmələ gəlir və aylar boyunca açıq qalır, hətta qara, çürümüş və pis qoxuyla müşahidə edilir.

Trofik xora aşağıdakı növlərdə ola bilir:

  • venoz
  • arteriya
  • diabetik
  • nevroloji
  • travma sonrası

Bu tip xoraların hər biri ayrı-ayrılıqda müalicə olunmalıdır.

Həkimə nə zaman getməli:

  • Aşağı ətraflarda sağalmayan ağrılı xora gördükdə,
  • Ayaq rəngi dəyişərdikdə,
  • Dəridə ləkələr, çürüntülər yaranarsa,
  • Əgər ayaq qıcolmaları tez-tez tutursa,
  • Ayaqların şişməsi zamanı, ağır qaşınmalar tutarsa.

Risk qrupunda varikoz damar xəstəliyindən və ya diabet xəstəliyindən əziyyət çəkən insanlar daha çoxdur.

Damar problemləri çox vaxt irsi xarakter daşıyır: əgər valideynlərdən birində damar xəstəlikləri varsa, uşaqlarda olma ehtimalı 50% -dir.

Trofik xora, 50 yaşdan yuxarı olan yaşlılarda xüsusən də qadınlarda daha çoxdur. Hamiləlik zamanı çox diqqətli olmaq lazımdır.

Bu xəstəlik həddindən artıq kilolu, siqaret çəkənlər, fasiləsiz çalışanlar, mütəmadi yüksək daban ayaqqabılar geyindikdə və ya uzun müddət hamiləlik əleyhinə dərman vasitələrindən istifadə etdikdə, hərəkətsiz oturaqlı həyat sürən insanlarda rast gəlinir.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN