(012) 310 09 10
(051) 500 96 00

Diş həssaslığının aradan qaldırılmasının 5 üsulu

Bu dəfə tibb mütəxəssisləri dişlərdə yaranan həssaslıq və onların həlli yolunda məlumatlar veriblər.

"Həssas dişlər" - cuzi bir səbəbdən meydana gələ bilən, kifayət qədər geniş yayılmış bir problemdir. Mütəxəssislər dişlərdə olan həssaslığını sərt diş fırçası və ya həddən artıq şirin məmulatların qəbulu ilə əlaqələndirirlər.

Həssas dişlərin yaranma səbəbləri aşağıdakılardır:

  • Karies,
  • Sınıq diş,
  • Qırıq plomb,
  • Damaq xəstəliklərinin olması,
  • Diş emalının yeyilməsi,
  • Sərt diş fırçası ilə təmizləmə,
  • Diş ətinin açılması,
  • Həddən çox turş qidaların istehlakı,
  • Dişlərin ağardılması.

Həssaslığı aradan götürmə üsulları:

  • Həssas dişlər üçün (sensitive) diş məcunlarından istifadə edin,
  • Diş emalını möhkəmləndirmək üçün ftor tərkibli gel seçin,
  • Diş həssaslığını götürmək üçün diş qapağından istifadə etmək,
  • Diş dibi kanalların müalicəsi,
  • Turş qıdaların, qazlı içkilərin qəbulundan imtina etmək.

Bütün hallarda stomatoloq konsultasiyalarına müraciət edin.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN