Şokolad yeyərkən orqanizmimizdə hansı dəyişikliklər baş verir

Şokolad desertlər arasında populyarlığa görə birinci yeri tutur. Şokolada aid hətda xüsusi bir gün qeyd edilir - Beynəlxalq şokolad festivalı günü.

Qadınları depressiyadan çox xilas edən şokolad - əhval ruhiyyəni məyusluqdan və stress dövründə emosiyyalarımıza, orqanizmimizə köməkçi olan vasitələrdən biridir.

Lakin araşdırmalara görə, südlü şokoladı yeyərkən beynin fəaliyyəti tormozlanır.

Şokolad məhsullarında beyin hüceyrələrinin sağlamlığı üçün zəruri olan maqnezium və minerallar, kofeinə yaxın olan maddə teobrin var. Gündə üç və ya dörd parça şokolad qəbul etmək konsentrasiyanı və diqqətini artıracaq.

2013-cü ildə insan orqanizmində kakaonun təsirinə dair bir araşdırma aparılmışdı və Nevrolgiya jurnalında nəşr olundu. Aparılan təqdiqatın nəticəsinə görə, 30 gün ərzində 1 gündə 2 fincan kakaonun qəbulu beynin qan axını fəaliyyətini 8% artırdığını sübut etdilər.

Cornell Universitetinin alimləri şokoladın başqa bir sehrli funksiyasını tapdılar - bu, qocalma prosesini ləngitməsidir. Tərkibində antioksidantlar var ki, demensiyaya səbəb ola biləcək amiloidlərin yığılmasına mane olurlar. Bundan əlavə, südlü şokolad polifenollarla zəngindir və zərərli maddələri (yaşla bağlı artritin əsas səbəbi) aradan qaldırır. 1998-ci ildə, aparılmış tədqiqat sübut etdi ki, ayda 3 dəfə şokolad yemək 1 il ömrü uzadır. 

2015-ci ildə şirin yeməyi sevənlər çox yaxşı xəbər aldılar, şokolad ürək tutmaları, xəstəlikləri risklərini azaldır! Bunun səbəbi flavonoidlərdir - bu maddə qan dövranını stimullaşdırır və xolesterolu azaldır.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN