Piqment ləkələrindən xilas olmağın üsulları

Yaranma səbəbləri:

Qırmızı ləkələr bədənin müəyyən sahələrində qırmızı rəng piqmentinin çox olması səbəbindən baş verən dəri dəyişiklikləridir.

Uşaqlıq dövründə bu cür piqmentlər ortaya çıxsa, sağlamlıq problemlərinə gətirməyəcəkdir (sadəcə onları travmalardan, onlara sərt vasitələrin toxunmasından qorumaq vacibdir).

Lakin, piqment ləkələri yetkin yaşda ortaya çıxsa, bu, bədəninizin funksional pozuntularından xəbər verir.

Bədənin müəyyən hissələrində belə piqmenlərin yaranmasına nə səbəb ola bilər?

Bir neçə səbəb ola bilər: Daxili sekresiya vəzisinin funksiyalarının pozulması, öd kanalının və qaraciyərin müxtəlif xəstəlikləri səbəbindən baş verə bilər.

Həmçinin piqment ləkələrinin yayılması - xroniki infeksiyalar zamanı (malariya, vərəm çöpləri), insan sağlamlığına zərərli olan iş mühitində çalışan insanlarda yaranır.

Orqanizmin zəhərlənməsi - Hipofiz vəzisinin xərçəngi, S vitamini çatışmamazlığı (bu çatışmamazlıq adətən siqaret çəkməkdən irəli gəlir, günəş şüaları altında həddindən çox vaxt keçirdikdə və düzğün olmayan qidalanma) zamanı baş qaldırır.

Uzunmüddətli piqment ləkələri dərinin günəşə məruz qalmağındanda yarana bilir. Lakin, bədəninizdə piqment ləkələri ortaya çıxdıqda, ümidsiz olmayın, bu cür problemləri aradan qaldırmaq üçün bir çox yolu vardır.

Ümumi tövsiyələr:

Bəzi tövsiyələrə əməl etməklə gözəl dəri rəngini bərpa edə bilərsiniz:

  • Piqment ləkələrinin səbəblərini müəyyənləşdirməyə kömək edəcək ixtisaslı dermatoloqu ziyarət edin.
  • Bunun səbəbi bədəndəki zəhərli maddələr deyilsə, ləkələri xarici vasitələrdən istifadə etməklə aparmaq kifayət edir.
  • Kifayət qədər vitaminlər qəbul edin. Rasionunuzu vitamin C, fol turşusu və digər faydalı maddələr, təzə meyvə və tərəvəzlərlə doldurun.
  • Dərinizə təsir edən günəş işığından qorunun, belə hal piqmentləşməyə səbəb olur. Günəş qəbulu zamanı günəş kremlərindən mütləq istifadə edin.
  • Dərinizi ağartmaq üçün kosmetik vasitələrdən istifadədə olduqca ehtiyatlı olun.
  • Salisil spirti və digər güclü təsir edici maddələrdən yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində həkim-kasmetoloq istifadə edilə bilər.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN