(012) 310 09 10
(051) 500 96 00

Qanda şəkəri necə salaq?

Ağız boşluğunda quruluq, susuzluq, artan iştah, həddindən artıq idrara çıxma, dəridə qaşınmalar, yaraların geç sağalması, yorğunluğun artması, zəif görmə - bu simptomlar qanda qlükoza səviyyəsinin artdığını göstərir.

Ev şəraitində şəkəri neçə aşağı salmağın yollarını bilməklə, siz qanda şəkərin səviyyəsini, mədəaltı vəzinin ifraz etdiyi insulinin normasını nəzarətdə saxlaya bilərsiniz.

Diabetin növləri: 1-ci tip2-ci tip şəkərli diabet.

1-ci tip - şəkərli diabet zamanı karbohidratlı qida qəbulundan sonra, qanda şəkərin səviyyəsi qalxır və orqanizmin qidanı mənimsəməsi üçün, orqanizm insulin qəbuluna ehtiyac duyur. 

2-ci tip - şəkərli diabetdə orqanizmin əzələləri insulin qəbuluna həssaslığı çox aşağı olur. Bu tip xəstəlik növü irsi ötürülə bilir. 

Onun inkişafı bədən çəkisinin artırılması, uzun müddətli stres, steroid hormonlarının qəbulu, viruslu infeksiyalar zamanı baş verir. Diabet xəstəsi həkim nəzarəti altında müalicə edilməlidir, əks halda qan damarlarına, böyrəklərə, görmə və sinir sisteminin funksiyalarına zərər yetirilə bilər. 

Səhər yeməyindən əvvəl şəkərin səviyyəsi həm kişilərdə həm də qadınlarda 3.3-5.5 mmol / l olması normaldır. Yeməkdən 10-15 dəqiqə sonra qan şəkəri yüksəlir, 1 saat ərzində maksimuma çatır və bir neçə saatdan sonra normaya düşür. Gələcəkdə şəkərli diabet və mədəaltı xəstəliklərini müalicə etməmək üçün gün ərzində məqbul miqdarda şirniyyat istehlak edilməlidir.

Həkimlər sağlam gənclərin gündə 80 qram şəkər qəbul etmələrini məsləhət görürlər. Bir çay qaşığı 7 qr şəkər tozu tuta bilir, buna görə çay və ya qəhvədə istifadə olunan şəkərin normanın üstündəki şirinliyini hesablamaq heçdə çətin deyil. Bədənin vitaminlər, minerallar qəbul etməsi üçün şirniyyatların istehlakını məhdudlaşdıran və eyni zamanda pəhrizli şirin təbii məhsullardan istifadə edə bilərsiniz: ərik, üzüm, xurma, alma, armud, gavalı qurusu, yerkökü, bal rasionunuza daxil edin.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN