Mədə göynəməsi "İzjoqa"

Mədə sanki yanır, mədə tam dolub, ağızda isə acı və ya turşuluq dadı var? Bəli, bu əlamətlər inkişaf etmiş ölkələrin əhalisinin 20-50% -nə tanışdır. Mədə göynəməsi - İzjoqa qida borusunun kimyəvi yanmasıdır.

Yaranma səbəbləri:

  • Düzgün olmayan qidalanma, normadan artıq qidalanma,
  • Acılı, yağlı, qızardılmış, duzlu, və turş qida qəbulu,
  • Hamiləlik zamanı uşaqlıq böyüdüyündən, daxili orqanlarındakı sıxlıq - mədə və bağırsaqları sıxmaqla mədə göynəməsini yaradır,
  • Artıq çəki, siqaret çəkmək və spirtli içki qəbul etmək,
  • Dərmanların qəbulu,
  • Həzm sisrteminin xəstəlikləri,
  • Stress.

Necə qarşısını almalı:

  • Kiçik porsiyalarda gündə 5 dəfə yeyin.
  • Acılı, qızardılmış və yağlı qidaları işlətməyin və menyunuzdan çıxardın.
  • Spirtli içki, qəhvə və çay sizə rahatlıq verməyəcəkdir, qəbul etməkdən çəkinin.
  • Yeməkdən sonra əyilməyin.
  • Yatmazdan əvvəl yemək yeməyin, mədəni ən az 2 saat rahat buraxın.
  • Sıx kəmərlər, bantdajlar və korsetlər taxmayın.

Mədə göynəməsi - izjoqa artıq başlamışsa, ondan necə qurtulmaq olar?

Mədə göynəməsi vasitələrinə antasidlər deyilir. Onlar turşu mühitini neytrallaşdırır və mədə membranını qoruyur. Bir stəkan süd və ya soda kimi xalq reseptləri də xoşagəlməz simptomları aradan qaldırır, lakin daha az effektivdir. Soda və turşunun qarşılıqlı təsirindən əəmələ gələn karbondioksid mədə divarını kəskin şəkildə yumuşalda bilər. Bu pis nəticələrə, qanaxmaya səbəb ola bilər. Bütün hallarda həkimə müraciət etməyi unutmayın.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN