Selülit əleyhinə vakum masajı

"Müasir xəstəlik" olan selülit dünyada əksər xanımların probleminə çevrilib. Dərinin "apelsin qabığı" na bənzər görünüşü xanımlara geyim seçməkdə çətinliklər yaradır. Bu səbəbdən qadınlar öz bədənlərindən utanırlar və müxtəlif pəhrizlərə hətta əməliyyat masalarına kimi üz tuturlar.

Əslində selülitdən çox gözəl qurtulmaq yolu var - Vakum masajı.

Bütün növ masajların bildiyimiz kimi, sağlamlıq, yorğunluq götürücü, əzələ tonusunun qan dövranının fəaliyyətini bərpa etmək, depressiyadan qurtulmaq kimi keyfiyyəti vardır.

Vakum masajı isə öz növbəsində, dəri səthinin regenerasiya prosesini, hamarlaşdırma, osteoxondroz, əzələ problemlərini və əlbətdəki apelsin qabığı effektini düzəldir.

Vakum masajı proseduru 10 gün ərzində hər gün etdirmək lazımdır. Sonra  2 həftə müddətində 2-3 aydan bir bərpaedici mərhələni keçmək lazımdır.

Seans vaxtı ekoloji cəhətdən gigienik plastik şüşələrdən hazırlanmış xüsusi vakum bankalarından istifadə olunur.

Əks göstərişlər:

  • Dəri xəstəlikləri;
  • Onkoloji xəstəliyin və ya hər hansı şişin olması;
  • Bel yırtığı zamanı;
  • Bəzi xroniki xəstəliklər;
  • Varikoz damarlar olduqda.

Yuxarıda göstərilən əks göstərişlərə baxmayaraq, vakum masajı kursunu başlamazdan əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.

Sağlam olun!
www.doctortap.az

 

BİZƏ ZƏNG EDİN