(012) 310 09 10
(051) 500 96 00

Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?

Sitrus meyvələri güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə onlar mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.

Bu səbəbdən böyüklərdə bu meyvələrdən çox qəbul etməməlidirlər (gün ərzində 1 portağal və ya 2 mandarin və ya 1 kivi kifayətdir).

Pediatrlar sitrus meyvələri uşaqların qidalanmasına 1-1,5 yaşlarda daxil etməyi tövsiyə edirlər.

Əvvəl uşağa bir neçə damcı mandarin və ya portağal şirəsini verin və 1-2 gün ərzində orqanizmin reaksiyasına nəzarət edin.

Uşağın dərisində səpgilər, qaşınma əmələ gəlibsə, sitrus meyvələrin verməyini təxirə salın. Heç bir reaksiya yoxdursa, uşağa hər gün az miqdarda olmaqla (1-2 dilim) sitrus meyvələri verə bilərsiniz. Kiçik yaşlı uşaqlara sitrus meyvələri verdikdə bütün pərdələri soyun (onlar mədə-bağırsaq sistemində çətinliklə həzm olunur), çəyirdəkləri çıxardın.

 Allergik reaksiyalara meyilli olan uşaqlara sitrus meyvələri 3 yaşından sonra və hətta daha gec vermək olar. Bu halda da damcılardan başlamaq və orqanizmin reaksiyasına fikir vermək lazımdır.

Sağlam olun!
www.doctortap.az

BİZƏ ZƏNG EDİN