Məlumat yoxdur
Bizimlə əlaqə
Bizimlə əlaqə
(055) 500 96 00
Hesabım
Hesabım

Adenoidit nədir?

Adenoidit nədir?

Uşaqları tez-tez soyuqdəymələrdən əziyyət çəkən valideynlərin əksəriyyəti "adenoidit" tibb termini ilə tanışdırlar, lakin hər kəs bu sözün nə olduğunu dərindən bilmir.

Adenoidit - uşaq iltihabı xəstəlikləri olub, həmçinin limfatik toxuma və normal vəziyyətdə qoruyucu funksiyaları yerinə yetirən, uşağın immunitetini dəstəkləyən bir iltihabdır. Bu vəziyyətdə adenoidlərin güclü yayılması baş berir və onlar özləri hər cür infeksiya (mikroblar, viruslar, göbələklər) üçün qaynaq olurlar.

Adətən adenoidit kəskin və ya xroniki ola bilir, daha çox məktəbəqədər və ya ibtidai məktəb yaşlarında uşaqlarda rast gəlinir.

Adenoidlərin iltihablanmasının əsas səbəbləri uşağın qrip, qızılca, difteriya, skarlatina kimi yuxarı tənəffüs yollarının xəstəliklərindən zərər çəkməsidir - bu xəstəliklər burun boğaz orqanlarına zərər verərək burun tənəffüs pozğunluğuna yol açır.

Adenoiditi necə müalicə etmək olar?

Təəssüf ki, belə bir diaqnoz qoyularkən, əvvəllər olduğu kimi, çox həkimlər dərhal adenoidləri cərrahi yolla aradan qaldırmağı təklif edirlər. Ancaq bu problemi həll etmək üçün bu cür yanaşma düzgün deyil - hər bir uşaqda adenoidlərin müalicəsinə fərdi yanaşılmalıdır və poliplərin cərrahiyyə yolu ilə çıxarılması ən axrıncı hallarda lazımdır. Bütün hallarda iltihab müalicə edilməli, daimi profilaktik tədbirlər görülməlidir.

Xəstəliyin profilaktikası ev şəraitindədə aparıla bilər. Ev şəraitində adenoiditin müalicəsinə burun boğaz yollarının yuyulması (bu proseduru əczaxanalarda xüsusi hazırlanmış məhlullar ilə etmək olar), təbii xalq təbabəti üsulları ilə su, duz, soda və yoddan hazırlanmış məhlullar ilə müalicə etməkdə mümkündür.

Sağlam olun!

Pediatrlar